• $
  • €
  • ₽
  • ₺
  • £

ƏDV kitab nəşri və satışına hansı əngəlləri törədir? - AÇIQLAMA

ƏDV kitab nəşri və satışına hansı əngəlləri törədir? - AÇIQLAMA
29.05.2020 06:38
Ötən həftə uşaq ədəbiyyatı və dərsliklərlə bağlı Milli Məclis tərəfindən Vergi Məcəlləsində dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsinin qəbul olunması, ümumiyyətlə kitab nəşrinin Əlavə Dəyər Vergisindən azad olunması məsələsini gündəmə gətirib.
Dəyişikliyə görə, bundan sonra orta məktəb dərslikləri, uşaq ədəbiyyatı və büdcədən maliyyələşdirilən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dövlət əhəmiyyətli nəşrlərin istehsalı ilə məşğul olan redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti vergidən azad olunacaq.
Nəzərinizə çatdıraq ki, Böyük Britaniyada, Litvada, İspaniyada, İtaliyada, hətta Gürcüstanda, Moldovada kitab üzərində Əlavə Dəyər Vergisi sıfır faizdir. Azərbaycanda isə kitaba görə, ən azı 4 dəfə ƏDV verilir. Kağızın istehsalına, kağızın özünə, mətbəə işinə və kitabın satışına görə ayrı-ayrılıqda 4 dəfə ƏDV tutulur.
ANN.Az mövzu ilə bağlı “Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu ilə danışıb.
Ş.Xuduoğlu açıqlamasında bildirib ki, parlamentdə qəbul olunan qanunun müzakirəsi düzgün istiqamətdə aparılmayıb: “Biz bir il öncə təklifləri layihə halında deputatlara təqdim etmişdik. Bizim təklifimizə görə, qəbul olunan müvafiq qanuna olan dəyişiklikdə, uşaq ədəbiyyatı və məktəb dərslikləri ilə yanaşı, qanunla qadağan olunmayan hər növ nəşrlərin də bura daxil edilməsi qeyd olunmuşdu. Hazırkı qəbul olunan qanunda “orta məktəb dərslikləri, uşaq ədəbiyyatının və büdcədən maliyyələşdirilən dövlət əhəmiyyətli nəşrlərin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti”i ƏDV ödəməkdən azad olunub.  Biz təklif etmişdik ki, 164.1.8. maddəsində nəzərdə tutulan nəşrlər yalnız istehsalla bağlı xərclərdən deyil, “nəşr (kitab) məhsulunun alqı-satqısının bütün növləri üzrə dövriyyələrdən” ƏDV ödəməkdən azad olunsun. Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekab 2007-ci il tarixli 220 nömrəli Qərarına əsasən (“Qəzet kağızı, rulonlarda və vərəq şəklində”) qəzet kağızının ölkəyə gətirilməsi ƏDV-dən azaddır. Bundan başqa biz təklif etmişdik ki, Azərbaycana gətirilən, əlavə dəyər vergisindən azad olunan digər malların siyahısına “Kitab kağızı, rulonlarda və vərəq şəklində” sətri əlavə edilsin”
O bildirib ki, bütün bu güzəştlər tətbiq olunsa, o zaman kitabın maya dəyəri xeyli aşağı düşər: “Kitabın maya dəyəri xeyli aşağı düşər, çeşid artar, satışın və dövriyyənin həcmi böyüyər, nəhayət Azərbaycan yazıçısı yazdığı kitabından qonorar ala bilər” – deyə Ş.Xuduoğlu bildirib.
Seymur
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol