• $
  • €
  • ₽
  • ₺
  • £

Natalia Amburtseva: Dağ yaşayış məntəqələrində əhalinin azalması əsas problemlərdən biridir

Natalia Amburtseva: Dağ yaşayış məntəqələrində əhalinin azalması əsas problemlərdən biridir
20.05.2026 12:11

MDB-yə üzv ölkələrdə dağ və kənd yaşayış məntəqələrinin inkişafı məkan inkişafı siyasətinin əsas istiqamətlərindən biridir. Bunu MDB Parlament Assambleyasının Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyasının katibi Natalia Amburtseva bildirib.

Onun sözlərinə görə, MDB ölkələri məkan inkişafı və kənd ərazilərinin inkişafı sahəsində oxşar problemlərlə üzləşir ki, bu da yanaşmaların uzlaşdırılmasını zəruri edir.

Amburtseva qeyd edib ki, MDB Parlament Assambleyası tərəfindən qəbul olunan “Dağ ərazilərinin inkişafı və mühafizəsi haqqında” model qanun və “MDB iştirakçısı olan dövlətlər üçün dağ ərazilərinin dayanıqlı inkişafı konsepsiyası” regionlararası və sərhədyanı əməkdaşlıq proqramlarına daxil edilib.

O bildirib ki, 2023-2025-ci illərdə keçirilən “Dağ ərazilərinin dayanıqlı inkişafı” beynəlxalq forumu da bu məsələlərin müzakirəsi üçün mühüm platformaya çevrilib.


Amburtsevanın sözlərinə görə, dağlıq ərazilərdə əsas problemlərdən biri əhalinin miqrasiyası və yaşayış məntəqələrinin boşalmasıdır.

“Bu gün diqqətimizi əsasən sosial-iqtisadi, infrastruktur və demoqrafik amillərə yönəltməliyik”, - o deyib.

O əlavə edib ki, dağ ərazilərinin inkişafı ilə bağlı qərarlar qəbul edilərkən təbii-coğrafi xüsusiyyətlər, tarixi inkişaf, ənənəvi təsərrüfat fəaliyyəti və dağlarda yaşayan əhalinin həyat tərzi nəzərə alınmalıdır.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Siyasət 12:47
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Siyasət 12:32
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Siyasət 12:12
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Siyasət 15:08
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Siyasət 11:26
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol