• $
  • €
  • ₽
  • ₺
  • £

Dağ ekosistemləri iqlim dəyişiklikləri səbəbindən ciddi təzyiq altındadır - deputat

Dağ ekosistemləri iqlim dəyişiklikləri səbəbindən ciddi təzyiq altındadır - deputat
20.05.2026 12:38

Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının Sahibkarlıq, rəqabətin inkişafı və sənaye komitəsinin üzvü Boriy Alixanov Mərkəzi Asiyada dağ ekosistemlərinin qorunması və dağ yaşayış məntəqələrinin davamlı inkişafı istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini açıqlayıb.

Boriy Alixanov bildirib ki, Mərkəzi Asiyanın, o cümlədən Özbəkistanın iqlimi ildən-ilə daha quraq və isti olur, güclü toz fırtınaları və qar uçqunlarının sayı artır.

Onun sözlərinə görə, anomal iqlim dəyişiklikləri səbəbindən xüsusilə həssas olan dağ ekosistemləri ciddi təzyiq altındadır.

Dağ və dağətəyi ərazilərdə mal-qaranın həddindən artıq otarılması nəticəsində torpaq deqradasiyası baş verir, meşə massivləri azalır və bu da sürüşmə risklərini artırır.

“Bu amillər birlikdə biomüxtəlifliyin azalmasına və dağ ekosistemlərinin biomassa ehtiyatlarının zəifləməsinə gətirib çıxarır”,- o qeyd edib.

Boriy Alixanov hesab edir ki, dağ yaşayış məntəqələrinin gələcək inkişafı əsasən iki amildən - iqlim dəyişikliklərindən və insanın təsərrüfat fəaliyyətindən asılıdır.

Bu baxımdan o, dağların təbii resurslarından qısa və orta müddətli perspektivdə istifadəyə dair proqnozların hazırlanmasının vacibliyini vurğulayıb.

Deputat bildirib ki, belə qiymətləndirmələr iqlim dəyişikliklərinin ətraf mühitə təsiri nəzərə alınmaqla aparılmalıdır.
Onun sözlərinə görə, Mərkəzi Asiyanın dağ resursları məhduddur, lakin bu resurslara tələbat davamlı şəkildə artır.

“Dağ ərazilərinin təbii və sosial-iqtisadi xüsusiyyətlərinin tam nəzərə alınmaması onların potensialından düzgün istifadə strategiyasının formalaşdırılmasına mane olur”, - o əlavə edib.

Boriy Alixanov həmçinin qeyd edib ki, Mərkəzi Asiyanın dağlıq ərazilərində antropogen yük artıq yol verilən həddi aşır və bu da ekoloji vəziyyətin daha da gərginləşməsinə səbəb olur.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Siyasət 12:47
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Siyasət 12:32
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Siyasət 12:12
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Siyasət 15:08
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Siyasət 11:26
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol