• $
  • €
  • ₽
  • ₺
  • £

Rasim Bağırov: Media dayanıqlı şəhər inkişafında ictimai etimadın güclənməsinə xidmət edir

Rasim Bağırov: Media dayanıqlı şəhər inkişafında ictimai etimadın güclənməsinə xidmət edir
20.05.2026 13:54

Media dayanıqlı və inklüziv şəhər inkişafında dövlət qurumları ilə cəmiyyət arasında mühüm körpü rolunu oynayır.
Bunu Beynəlxalq Münasibətlər və Diaspor Araşdırmaları Mərkəzinin direktoru Rasim Bağırov bildirib.
Onun sözlərinə görə, sürətli urbanizasiya, iqlim çağırışları, demoqrafik artım, miqrasiya və sosial dəyişikliklər yalnız dayanıqlı şəhər siyasəti deyil, həm də ictimai iştirak və inklüziv dialoq tələb edir.

Bağırov qeyd edib ki, media artıq təkcə informasiya yayımı platforması deyil, ictimai şüurun formalaşdırılması, vətəndaş iştirakının təşviqi və dövlət institutları ilə cəmiyyət arasında kommunikasiyanın gücləndirilməsi vasitəsidir.

“Dayanıqlı şəhərlər yalnız infrastruktur və iqtisadi investisiyalar hesabına qurula bilməz. Bunun üçün məlumatlı icmalar, şəffaf kommunikasiya və dövlət qurumları ilə vətəndaşlar arasında konstruktiv əməkdaşlıq vacibdir”, - Bağırov bildirib.

O vurğulayıb ki, şəhər inkişafı, mənzil siyasəti, ekoloji risklər və sosial çağırışlar barədə məlumatların düzgün təqdim olunması ictimai etimada və qərarların qəbulunda vətəndaş iştirakına birbaşa təsir göstərir.

Bağırov həmçinin Prezident İlham Əliyevin 2021-ci ilin yanvarında media sahəsində islahatların dərinləşdirilməsi ilə bağlı imzaladığı fərmanın Azərbaycanda medianın inkişafına verilən önəmi göstərdiyini bildirib.

Onun sözlərinə görə, urbanizasiya, mənzil təminatı, əlçatanlıq, ekoloji məsuliyyət və sosial inklüzivlik məsələlərinin obyektiv işıqlandırılması şəhər idarəçiliyində şəffaflıq və hesabatlılığın güclənməsinə, eləcə də daha məlumatlı qərarların qəbuluna dəstək verir.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Siyasət 12:47
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Siyasət 12:32
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Siyasət 12:12
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Siyasət 15:08
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Siyasət 11:26
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol