• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya Bankı: Fəlakətdən sonra əvvəlcədən hazırlanmış müqavilələr bərpanı sürətləndirir

Dünya Bankı: Fəlakətdən sonra əvvəlcədən hazırlanmış müqavilələr bərpanı sürətləndirir
21.05.2026 11:53

Fəlakətdən sonrakı yenidənqurma prosesində əvvəlcədən hazırlanmış müqavilə və mexanizmlərin olması bərpa işlərini əhəmiyyətli dərəcədə sürətləndirə bilər.
Bunu Dünya Bankında Şəhər, Davamlılıq və Torpaq üzrə Qlobal Departamentin Qlobal Direktoru Ming Zhang WUF13 çərçivəsində keçirilən paneldə bildirib.

Onun sözlərinə görə, sıx məskunlaşmış şəhərlərdə, xüsusilə çoxmərtəbəli və çoxmənzilli yaşayış binalarının bərpası daha mürəkkəb və uzunmüddətli prosesdir, çünki burada podratçı seçimi və tikinti imkanlarının yaradılması vaxt tələb edir.

“Türkiyə və Çili kimi ölkələrdə fəlakətdən sonrakı yenidənqurma üçün əvvəlcədən hazırlanmış mexanizmlər mövcud idi. Bu zaman fəlakət baş verdikdən sonra podratçı seçimi prosesinə yenidən başlamağa ehtiyac qalmır və müqavilələr dərhal işə salına bilir”, -  Zhang bildirib.

O qeyd edib ki, yerli hökumətlərin və icma əsaslı yenidənqurma komitələrinin rolu bərpa prosesində xüsusi əhəmiyyət daşıyır.

Zhang əlavə edib ki, ailələrin dəstəklənməsi və bələdiyyə infrastrukturunun bərpasında yerli idarəetmə orqanları əsas funksiyanı yerinə yetirir.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Siyasət 12:47
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Siyasət 12:32
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Siyasət 12:12
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Siyasət 15:08
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Siyasət 11:26
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol