• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisin növbəti iclası mayın 26-da olacaq

Milli Məclisin növbəti iclası mayın 26-da olacaq
22.05.2026 11:56

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası mayın 26-da keçiriləcək.

İclasın gündəliyinə 13 məsələnin müzakirəsi daxil edilib.

Həmin məsələlər aşağıdakılardır:

1. Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı.

2. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

3. Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında.

4. N.T.Əliyevin Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi haqqında.

5. B.M.Məmmədovun Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında.

6. Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

7. Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

8. "Maliyyə icarəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində, "Müflisləşmə və iflas haqqında", "Taxıl haqqında", "Beynəlxalq xüsusi hüquq haqqında", "Tütün və tütün məmulatı haqqında", "Dövlət rüsumu haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Banklar haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Çayçılıq haqqında", "Ailə kəndli təsərrüfatı haqqında", "Atçılıq haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "Pambıqçılıq haqqında", "İcbari sığortalar haqqında", "Lisenziyalar və icazələr haqqında", "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Elm haqqında", "Kredit büroları haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Daşınar əmlakın yüklülüyü haqqında", "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" və "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

10. "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

11. "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

12. "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Siyasət 12:47
Bakının Nizami və Binəqədi rayon prokurorları dəyişdirilib
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Siyasət 12:32
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Siyasət 12:12
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Siyasət 15:08
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Siyasət 11:26
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol