• $
  • £

Əhməd İsmayılov: qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin qorunmasına xidmət edir

Əhməd İsmayılov: qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin qorunmasına xidmət edir
10.06.2026 15:14

Uşaqların sosial şəbəkələrə girişinə nəzarətlə bağlı təqdim olunan qanun layihəsi qabaqcıl dünya praktikasında tətbiq edilən hüquqi tənzimləmə mexanizmlərinə uyğundur və beynəlxalq standartlara cavab verir. Bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bildirib.


Onun sözlərinə görə, Avropa İttifaqının müvafiq qanunvericiliyində sosial şəbəkələrdə fərdi məlumatların işlənməsi və qeydiyyatı üçün yaş həddi 16 yaş müəyyən edilib.

İnkişaf etmiş ölkələrin qanunvericiliyində isə internet provayderləri və media subyektləri üzərinə uşaqlar üçün zərərli, onların fiziki və mənəvi inkişafına mənfi təsir göstərən məzmunların filtrasiyası, bloklanması və məhdudlaşdırılması ilə bağlı birbaşa hüquqi öhdəlik qoyulur.

Əhməd İsmayılov qeyd edib ki, layihə sadəcə qanun və inzibati tələblər toplusu deyil, eyni zamanda rəqəmsal məkanda təhlükəsiz, şəffaf və səmərəli ekosistemin möhkəmləndirilməsinə xidmət edir.

“Bu qanunla internet provayderləri və qlobal rəqəmsal platformalar uşaqların mənəvi formalaşmasında, virtual təhlükəsizliyin təmin edilməsində dövlət və cəmiyyət qarşısında sosial və hüquqi məsuliyyət daşıyan tərəfdaşlara çevrilir”, - o vurğulayıb.


Əhməd İsmayılov bildirib ki, layihənin mühüm yeniliklərindən biri də şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında uşaqlıq və yeniyetməlik dövründə rəqəmsal platformalarda paylaşılan məzmunların və şəxsi məlumatların silinməsi imkanının yaradılmasıdır.

“Bu yanaşma şəxsin gələcək reputasiyasını, şəxsi və peşəkar həyatını onlayn mühitdə qoruyan etik və hüquqi qalxandır. Bu norma yetkinlik yaşına çatmış şəxslərin keçmişdə rəqəmsal platformalarda paylaşdıqları məlumatların sonradan onlar üçün maneə və ya təhdidə çevrilməsinin qarşısını alacaq”, -  o qeyd edib.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
DİN: Sentyabrın 14-də 36 cinayət açılıb
Cəmiyyət 10:09
DİN: Sentyabrın 14-də 36 cinayət açılıb
Azərbaycan və ADB “yaşıl maliyyə”nin inkişafını müzakirə edib
Cəmiyyət 10:03
Azərbaycan və ADB “yaşıl maliyyə”nin inkişafını müzakirə edib
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Cəmiyyət 23:10
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Bərdədə yol qəzası baş verib, ölən və xəsarət alanlar var
Cəmiyyət 22:25
Bərdədə yol qəzası baş verib, ölən və xəsarət alanlar var
Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA
Cəmiyyət 21:44
Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 20:29
Sabah bu ərazilərdə qaz olmayacaq
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib
Cəmiyyət 19:30
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib
"TikTok"da ödəniş sistemlərini təqlid edən saytlar aşkarlanıb
Cəmiyyət 19:05
"TikTok"da ödəniş sistemlərini təqlid edən saytlar aşkarlanıb
Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb
Cəmiyyət 18:55
Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol