• $
  • €
  • ₽
  • ₺
  • £

Yeniyetmələrin hüquqi bilik mənbəyi əsasən sosial media olub

Yeniyetmələrin hüquqi bilik mənbəyi əsasən sosial media olub
10.06.2026 15:29

Yeniyetmələrin hüquqi bilikləri əldə etdikləri əsas mənbənin sosial mediadır. Bunu təhsil eksperti Qoşqar Məhərrəmov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimi zamanı deyib.

O bildirib ki, respondentlərin 52 faizi hüquqi məlumatları sosial media platformalarından əldə etdiyini bildirib.

"Araşdırmaya əsasən, məktəblər 18 faizlə ikinci yerdə qərarlaşıb. Hüquqi biliklərin əldə edilməsində ailənin payı 12 faiz, dostların payı isə 6 faiz təşkil edib. Respondentlərin 8,74 faizi bu suala cavab olaraq “bilmirəm/yoxdur” variantını seçib. Kitab və digər yazılı mənbələrdən istifadə edənlərin göstəricisi isə 3,26 faiz olub",- o vurğulayıb.

Onun sözlərinə görə, yeniyetmələrin hüquqi məlumatları əsasən sosial media vasitəsilə əldə etməsi müəyyən risklər yaradır. 

"Buməlumatların əhəmiyyətli hissəsi yoxlanılmamış, qeyri-formal və bəzi hallarda manipulyativ mənbələrdən, xüsusilə TikTok və Instagram kimi platformalardan gəlir",- o əlavə edib.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb - yenilənib
Cəmiyyət 20:25
Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb - yenilənib
Bakının iki rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq
Cəmiyyət 19:00
Bakının iki rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq
Məktəbdə jurnalistlərə hücum edən 3 nəfər məsuliyyətə cəlb olunub
Cəmiyyət 16:32
Məktəbdə jurnalistlərə hücum edən 3 nəfər məsuliyyətə cəlb olunub
Azərbaycanda 6,4 ton narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Cəmiyyət 15:46
Azərbaycanda 6,4 ton narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Azərbaycanda 9 ayda qeydə alınan cinayətlərin 90,5%-i açılıb - DİN
Cəmiyyət 15:40
Azərbaycanda 9 ayda qeydə alınan cinayətlərin 90,5%-i açılıb - DİN
Mirşahin Ağayev “Azərbaycan müəllimi”nə cavab verib
Cəmiyyət 15:28
Mirşahin Ağayev “Azərbaycan müəllimi”nə cavab verib
Azərbaycan, Ermənistan və Gürcüstan səfirləri İtaliyada bir araya gəlib
Cəmiyyət 15:18
Azərbaycan, Ermənistan və Gürcüstan səfirləri İtaliyada bir araya gəlib
Qonşu yaxınlıq anlamına gəlmir - deputat qonşu münasibətlərindən danışıb
Cəmiyyət 15:07
Qonşu yaxınlıq anlamına gəlmir - deputat qonşu münasibətlərindən danışıb

DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib
Cəmiyyət 14:35
DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol