• $
  • €
  • ₽
  • ₺
  • £

Emin Əmrullayev: Uşaqların elektron öyrənmə imkanlarını məhdudlaşdırmaq mümkün olmayacaq

Emin Əmrullayev: Uşaqların elektron öyrənmə imkanlarını məhdudlaşdırmaq mümkün olmayacaq
10.06.2026 16:19

Gələcək illərdə uşaqların elektron öyrənmə imkanları əvvəlki nəsillərlə müqayisədə daha geniş olacaq və bu prosesi məhdudlaşdırmaq mümkün olmayacaq. Bunu elm və təhsil naziri Emin Əmrullayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində çıxışı zamanı səsləndirib.

Nazir bildirib ki, cəmiyyətin inkişafı baxımından uşaqların yalnız ənənəvi təhsil üsulları ilə kifayətlənməsi düzgün yanaşma deyil.

“Biz uşaqlara elektron formatda öyrənməməyi, yalnız bizim uşaqlığımızda olduğu kimi ənənəvi üsullarla təhsil almağı tövsiyə etsək, cəmiyyət olaraq irəli gedə bilməyəcəyik. Əsas məsələ yeni imkanları elə tətbiq etməkdir ki, uşaqlar üçün risklər yaratmasın”, – Emin Əmrullayev vurğulayıb.

Nazir sosial mediaya uyğun maarifləndirici məzmunun hazırlanmasını vacib hesab etdiyini bildirib. Onun sözlərinə görə, alternativ informasiya mənbələrinin sayı və təsir imkanları getdikcə artır və bu reallıq nəzərə alınmalıdır.

Emin Əmrullayev qeyd edib ki, bu vəziyyətdə ən düzgün yanaşma alternativ mənbələrlə mübarizə aparmaq deyil, onları təhlil etmək və faydalı elementləri təhsil sisteminə düzgün şəkildə inteqrasiya etməkdir.

O, həmçinin vurğulayıb ki, hüquq təhsilinin səmərəliliyi uşaqların yaş xüsusiyyətləri nəzərə alınmaqla qiymətləndirilməlidir. Nazirin sözlərinə görə, 2 yaşlı, 10 yaşlı və 14 yaşlı uşaqların öyrənmə xüsusiyyətləri fərqlidir və təhsil siyasəti hazırlanarkən bu amil mütləq nəzərə alınmalıdır.

Emin Əmrullayev əlavə edib ki, elmi araşdırmalar insan inkişafında həyatın ilk illərinin xüsusi əhəmiyyət daşıdığını göstərir və uşaqların formalaşmasında erkən yaş dövrü həlledici rol oynayır.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb - yenilənib
Cəmiyyət 20:25
Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb - yenilənib
Bakının iki rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq
Cəmiyyət 19:00
Bakının iki rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq
Məktəbdə jurnalistlərə hücum edən 3 nəfər məsuliyyətə cəlb olunub
Cəmiyyət 16:32
Məktəbdə jurnalistlərə hücum edən 3 nəfər məsuliyyətə cəlb olunub
Azərbaycanda 6,4 ton narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Cəmiyyət 15:46
Azərbaycanda 6,4 ton narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Azərbaycanda 9 ayda qeydə alınan cinayətlərin 90,5%-i açılıb - DİN
Cəmiyyət 15:40
Azərbaycanda 9 ayda qeydə alınan cinayətlərin 90,5%-i açılıb - DİN
Mirşahin Ağayev “Azərbaycan müəllimi”nə cavab verib
Cəmiyyət 15:28
Mirşahin Ağayev “Azərbaycan müəllimi”nə cavab verib
Azərbaycan, Ermənistan və Gürcüstan səfirləri İtaliyada bir araya gəlib
Cəmiyyət 15:18
Azərbaycan, Ermənistan və Gürcüstan səfirləri İtaliyada bir araya gəlib
Qonşu yaxınlıq anlamına gəlmir - deputat qonşu münasibətlərindən danışıb
Cəmiyyət 15:07
Qonşu yaxınlıq anlamına gəlmir - deputat qonşu münasibətlərindən danışıb

DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib
Cəmiyyət 14:35
DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol