• $
  • €
  • ₽
  • ₺
  • £

Konvensiya gəmilərdə təhlükəli örtüklərin istifadəsini məhdudlaşdırır

Konvensiya gəmilərdə təhlükəli örtüklərin istifadəsini məhdudlaşdırır
12.06.2026 13:22

“Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya” nın əsas məqsədi gəmilərin gövdələrində istifadə olunan, dəniz ekosisteminə zərər verən örtük sistemlərinin istifadəsinə nəzarət etmək, təhlükəli maddələrin tətbiqini məhdudlaşdırmaq və ekoloji cəhətdən təhlükəsiz alternativlərin istifadəsini təşviq etməkdir. Bunu deputat Sadiq Qurbanov deyib. 

Qurbanov qeyd edib ki, keçmişdə gəmilərdə istifadə olunan bəzi kimyəvi maddələr dəniz canlılarına və biomüxtəlifliyə ciddi zərər vurub.

“Bu maddələr su hövzələrində yaşayan canlı orqanizmlərə mənfi təsir göstərib, biomüxtəlifliyin azalmasına və dəniz ekosistemlərinin pozulmasına səbəb olub. Məhz buna görə Beynəlxalq Dəniz Təşkilatı tərəfindən vahid standartların tətbiqinə ehtiyac yaranıb”, – deputat vurğulayıb.

Onun sözlərinə görə, konvensiya çərçivəsində ətraf mühit üçün təhlükəli örtük sistemlərinin qadağan edilməsi, ekoloji təhlükəsiz alternativlərin tətbiqi, gəmilərin sertifikatlaşdırılması, liman nəzarətinin gücləndirilməsi və beynəlxalq məlumat mübadiləsinin təşviqi nəzərdə tutulur.

“Bu tələblər yalnız dəniz mühitinin qorunmasına deyil, həm də beynəlxalq dəniz daşımalarında şəffaflığın və bərabər rəqabət şəraitinin təmin edilməsinə xidmət edir”, – Qurbanov bildirib.

Deputat əlavə edib ki, Azərbaycan konvensiyanın ratifikasiyasından əvvəl də bu sahədə məsuliyyətli yanaşma nümayiş etdirib.

“Azərbaycan Xəzər dənizində fəaliyyət göstərən gəmilərdə tətbiq olunan örtük sistemlərinə xüsusi diqqət yetirib və ətraf mühitə zərər verən maddələrin istifadəsinin məhdudlaşdırılması istiqamətində konvensiyanın prinsiplərinə uyğun addımlar atıb”, – o deyib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının iki rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq
Cəmiyyət 19:00
Bakının iki rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq
8 şagirdə yerində yardım göstərilib- Açıqlama/ Yenilənib
Cəmiyyət 17:21
8 şagirdə yerində yardım göstərilib- Açıqlama/ Yenilənib
Məktəbdə jurnalistlərə hücum edən 3 nəfər məsuliyyətə cəlb olunub
Cəmiyyət 16:32
Məktəbdə jurnalistlərə hücum edən 3 nəfər məsuliyyətə cəlb olunub
Azərbaycanda 6,4 ton narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Cəmiyyət 15:46
Azərbaycanda 6,4 ton narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Azərbaycanda 9 ayda qeydə alınan cinayətlərin 90,5%-i açılıb - DİN
Cəmiyyət 15:40
Azərbaycanda 9 ayda qeydə alınan cinayətlərin 90,5%-i açılıb - DİN
Mirşahin Ağayev “Azərbaycan müəllimi”nə cavab verib
Cəmiyyət 15:28
Mirşahin Ağayev “Azərbaycan müəllimi”nə cavab verib
Azərbaycan, Ermənistan və Gürcüstan səfirləri İtaliyada bir araya gəlib
Cəmiyyət 15:18
Azərbaycan, Ermənistan və Gürcüstan səfirləri İtaliyada bir araya gəlib
Qonşu yaxınlıq anlamına gəlmir - deputat qonşu münasibətlərindən danışıb
Cəmiyyət 15:07
Qonşu yaxınlıq anlamına gəlmir - deputat qonşu münasibətlərindən danışıb

DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib
Cəmiyyət 14:35
DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol