• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Slovakiya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

Azərbaycan və Slovakiya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
12.06.2026 22:38

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 12-də Slovakiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Marek Eştoku qəbul edib.Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan-Slovakiya ikitərəfli və çoxtərəfli münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, həmçinin regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Tərəflər siyasi dialoqun, qarşılıqlı səfərlərin və institusional əməkdaşlığın ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıblar.

Həmin gün Azərbaycan və Slovakiya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası da keçirilib. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Slovakiya nümayəndə heyətinə isə dövlət katibi Marek Eştok rəhbərlik edib.

Məsləhətləşmələr zamanı tərəflər Azərbaycan və Slovakiya arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişafını müsbət qiymətləndirib, nəqliyyat, təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də müqavilə-hüquq bazasının möhkəmləndirilməsi məsələlərini nəzərdən keçiriblər.

Görüşdə Azərbaycanın iştirak etdiyi regional və beynəlxalq nəqliyyat layihələri, o cümlədən Orta Dəhlizin əhəmiyyəti müzakirə olunub. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.

Məsləhətləşmələrdə regiondakı vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, eləcə də minatəmizləmə fəaliyyəti müzakirə olunan mövzular sırasında olub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Siyasət 12:32
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Siyasət 12:12
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Siyasət 15:08
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Siyasət 11:26
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:00
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol