• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident Kral III Çarlzı təbrik edib

Prezident Kral III Çarlzı təbrik edib
13.06.2026 12:03

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kralı III Çarlza ölkənin milli bayramı — Kralın Təvəllüd Günü münasibətilə təbrik məktubu göndərib.

Prezident İlham Əliyev məktubunda Britaniya Kralını və xalqını təbrik edib, xoş arzularını çatdırıb.

Məktubda Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin dostluq, qarşılıqlı hörmət və etimada əsaslandığı vurğulanır. Dövlət başçısı siyasi, iqtisadi-ticari, investisiya, enerji və xüsusilə bərpaolunan enerji sahələrində əməkdaşlığın inkişaf etdiyini qeyd edir.

İlham Əliyev iki ölkə arasında əlaqələrin mövcud potensialdan istifadə etməklə daha da genişləndirilə biləcəyini bildirib.

Prezident həmçinin qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə edib və münasibətlərin xalqların rifahına töhfə verdiyini qeyd edib.

Məktubun sonunda Azərbaycan Prezidenti III Çarlza möhkəm cansağlığı, uzun ömür və uğurlar, Böyük Britaniya xalqına isə rifah və firavanlıq arzulayıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Siyasət 12:32
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Siyasət 12:12
Deputat elektron ticarətdə nağdlaşdırma limitlərinin götürülməsini təklif edib
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Siyasət 15:08
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Siyasət 11:26
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:00
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol