• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya 103 Kanada vətəndaşına ölkəyə girişi qadağan edir

Rusiya 103 Kanada vətəndaşına ölkəyə girişi qadağan edir
16.06.2026 23:26

Rusiya Kanada tərəfindən tətbiq edilmiş sanksiyalara cavab olaraq bu ölkənin 103 vətəndaşının, o cümlədən nazirlər və parlament üzvlərinin ölkəyə girişinə daimi qadağa qoyub.Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin bəyanatında bildirilir ki, qərar Kanada hökumətinin Rusiyaya qarşı sanksiyalarına cavab tədbiri kimi qəbul edilib. Qadağa siyahısına Rusiyanın daxili və xarici siyasətini tənqid edən, həmçinin Rusiya dövlət aktivlərinin müsadirəsini dəstəkləyən şəxslər daxil edilib.

Siyahıda Kanada Senatının 19 üzvü, həmçinin Nazirlər Kabinetində təmsil olunan İcmalar Palatasının 11 üzvü yer alıb. Onların arasında energetika və təbii sərvətlər naziri Tim Hocson, məşğulluq və ailə məsələləri naziri Petti Haydu, Kanada Silahlı Qüvvələrinin müdafiə qərargahının rəisi Cenni Karinyan, Kanadanın Rusiyadakı və Ukraynadakı keçmiş səfiri Kris Uestdal, eləcə də "United Nations Watch" təşkilatının rəhbəri Hillel Neuer var.

Bəyanata görə, məhdudiyyətlər həmçinin beş dövlət katibini, beş parlament katibini və 60 deputatı da əhatə edir.

Kanada daha əvvəl yeddi fiziki şəxsi və 34 hüquqi şəxsi Rusiyaya qarşı sanksiyalar siyahısına daxil etmişdi.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxıstanın müdafiə naziri vəzifəsindən azad edilib
Dünya 09:21
Qazaxıstanın müdafiə naziri vəzifəsindən azad edilib
İsrail ordusu HƏMAS və "Hizbullah" üzvlərinə hücum edib
Dünya 22:35
İsrail ordusu HƏMAS və "Hizbullah" üzvlərinə hücum edib
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
Dünya 21:07
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
Dünya 18:24
Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol