• $
  • £

II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edilib

II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edilib
17.06.2026 20:10

II və III ixtisas qrupları üzrə mayın 24-də keçirilmiş qəbul imtahanının nəticəsi elan edilib.Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

İmtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 56847 abituriyentdən (II qrup üzrə 28507 nəfər, III qrup üzrə 28340 nəfər) 2429 nəfər (II qrup üzrə 1663 nəfər, III qrup üzrə 766 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 12 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 397 bal toplayan Bakı şəhəri Sabunçu rayonu 169 saylı tam orta məktəbinin məzunu Rüstəmli Banuçiçək Bəxtiyar qızı göstərib. O, imtahanın birinci mərhələsində 291.9 bal toplayıb. Hər iki mərhələnin cəminə görə 688.9 bal toplayan Rüstəmli Banuçiçək II ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərən abituriyentdir.

Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan 3 nəfər – Bakı şəhəri Suraxanı rayonu S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın məzunu Quliyeva Zeynəb Ələddin qızı, Bakı şəhəri Nizami rayonu 62 saylı məktəb-liseyin məzunu Qasımova Aişə İlqar qızı və İsmayıllı rayonu Qalacıq kənd orta məktəbinin məzunu Qardaşova Fidan Ceyhun qızı göstərib. Quliyeva Zeynəb Ələddin qızı imtahanın birinci mərhələsində 287.7 bal, Qasımova Aişə İlqar qızı 285.9 bal, Qardaşova Fidan Ceyhun qızı isə 285.2 bal toplayıb.

Hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə 688.7 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyent isə Tovuz rayonu Düz qırıqlı kənd 1 saylı orta məktəbinin məzunu Musayeva Ayan Fuad qızıdır. O, imtahanın birinci mərhələsində 291.7, ikinci mərhələsində isə 397 bal toplayıb.

İmtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 18 iyun saat 10:00-dan 20 iyun saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

Abituriyentlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

Abituriyentlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı "sms" göndərilir.

Bundan sonra abituriyentlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Tələbələrin yerdəyişməsi üzrə nəticələrelan edilib
Cəmiyyət 16:05
Tələbələrin yerdəyişməsi üzrə nəticələrelan edilib
ASCO-nun sərnişin daşımaları ilk yarımildə 3,4 % artıb
Cəmiyyət 15:51
ASCO-nun sərnişin daşımaları ilk yarımildə 3,4 % artıb
2020-ci ildən 913 uşaq sosial xidmət müəssisələrindən ailələrinə qaytarılıb
Cəmiyyət 15:37
2020-ci ildən 913 uşaq sosial xidmət müəssisələrindən ailələrinə qaytarılıb
"İdrak" liseyində müəllimin güllələnməsində təqsirləndirilən yeniyetmənin atasına hökm oxunub
Cəmiyyət 14:53
"İdrak" liseyində müəllimin güllələnməsində təqsirləndirilən yeniyetmənin atasına hökm oxunub
Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir
Cəmiyyət 14:28
Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir
Azərbaycanda "Aviasiya haqqında" qanun dəyişib
Cəmiyyət 13:43
Azərbaycanda "Aviasiya haqqında" qanun dəyişib
İrandan Azərbaycana 8 kiloqrama yaxın narkotikin keçirilməsinin qarşısı alınıb
Cəmiyyət 12:49
İrandan Azərbaycana 8 kiloqrama yaxın narkotikin keçirilməsinin qarşısı alınıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:26
Sabahın hava proqnozu açıqlanıb
Dini inanclı şəxslərlə bağlı paylaşımlar edən şəxs saxlanılıb
Cəmiyyət 12:17
Dini inanclı şəxslərlə bağlı paylaşımlar edən şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol