• $
  • €
  • ₽
  • ₺
  • £

MEDİA: İlham Əliyevə etimad səviyyəsi 87,7%, fəaliyyətinə dəstək 93,6% olub

MEDİA: İlham Əliyevə etimad səviyyəsi 87,7%, fəaliyyətinə dəstək 93,6% olub
01.07.2026 16:02

Medianın İnkişafı Agentliyinin (MEDİA) keçirdiyi ictimai rəy sorğusuna əsasən, Prezident İlham Əliyevə etimad səviyyəsi 87,7%, dövlət başçısının fəaliyyətinə müsbət münasibət isə 93,6% təşkil edib.

MEDİA-nın yaydığı məlumata görə, sorğu 2026-cı ilin birinci yarısında Prezident İlham Əliyevin fəaliyyətinə ictimai münasibətin, eləcə də bu sahədə dinamika və tendensiyaların öyrənilməsi məqsədilə keçirilib.

Sorğunun nəticələrinə əsasən, respondentlərin 87,7%-i Prezident İlham Əliyevə etimad etdiyini bildirib. Agentliyin qiymətləndirməsinə görə, bu göstərici ölkədə hər 10 nəfərdən təxminən 9-nun dövlət başçısına etimad göstərdiyini əks etdirir.

Eyni zamanda, respondentlərin 93,6%-i Prezidentin fəaliyyətini müsbət qiymətləndirib.

Sorğuya əsasən, prezident seçkiləri növbəti bazar günü keçirilsəydi, respondentlərin 91,5%-i səsini İlham Əliyevə verəcəyini bildirib.

MEDİA qeyd edib ki, respondentlərin 81,9%-i Prezident İlham Əliyevi alternativsiz siyasi lider kimi qiymətləndirib. Agentliyin təhlilinə görə, bu göstərici bütün sosial-demoqrafik qruplar üzrə müşahidə olunub və əvvəlki dövrlərlə müqayisədə artım nümayiş etdirib.

İctimai rəy sorğusu 20–30 may 2026-cı il tarixlərində üzbəüz müsahibə üsulu ilə keçirilib. Sorğuda yaşı 18 və yuxarı olan 1 210 respondent iştirak edib. Respondentlər cins, yaş, təhsil səviyyəsi və iqtisadi rayonlar üzrə rəsmi statistikanı əks etdirəcək şəkildə seçilib. Sorğunun xəta əmsalı ±3% təşkil edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Siyasət 15:08
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Siyasət 11:26
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:00
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Siyasət 18:30
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Siyasət 16:02
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol