• $
  • £

Vilayət Eyvazov Polis Günü münasibətilə şəxsi heyəti təbrik edib

Vilayət Eyvazov Polis Günü münasibətilə şəxsi heyəti təbrik edib
02.07.2026 10:15

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycan polisinin yaranmasının 108-ci ildönümü münasibətilə daxili işlər orqanlarının şəxsi heyətini təbrik edib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, nazir təbrikində bildirib ki, Azərbaycan polisi ötən dövrdə şərəfli inkişaf yolu keçərək ümummilli lider Heydər Əliyevin rəhbərliyi illərində qanunçuluğun möhkəmləndirilməsi, ictimai asayişin və təhlükəsizliyin təmin olunması istiqamətində mühüm xidmətlər göstərib və dövlətin etibarlı dayaqlarından birinə çevrilib.

Vilayət Eyvazov qeyd edib ki, 2003-cü ildən Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində daxili işlər orqanlarının fəaliyyəti bütün istiqamətlər üzrə müasirləşdirilib, peşəkar kadr potensialı, qabaqcıl texnologiyalar və güclü maddi-texniki baza formalaşdırılıb.

Nazir vurğulayıb ki, polis orqanları cinayətkarlıq, transmilli mütəşəkkil cinayətkarlıq, kibertəhdidlər, narkotik vasitələrin qanunsuz dövriyyəsi, insan alveri və digər təhlükəli cinayətlərlə mübarizəni davam etdirir. O, həmçinin işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunması, qanunçuluğun möhkəmləndirilməsi, eləcə də bərpa və quruculuq işlərinə polis əməkdaşlarının töhfə verdiyini qeyd edib.

Təbrikdə bildirilir ki, polis əməkdaşları bundan sonra da peşəkarlıq, prinsipiallıq və yüksək məsuliyyət nümayiş etdirərək dövlətin və xalqın etimadını doğruldacaqlar.

Vilayət Eyvazov peşə bayramı münasibətilə şəxsi heyətə, polis veteranlarına, xidməti vəzifəsini yerinə yetirərkən sağlamlığını itirmiş əməkdaşlara və şəhid ailələrinə möhkəm cansağlığı, xidmətdə yeni uğurlar arzulayıb.

Azərbaycanda polis günü 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə yaradılıb. 1998-ci ildə imzalanmış prezident fərmanına əsasən, iyulun 2-si Polis Günü kimi təsis edilib. Daxili İşlər Nazirliyi hər il bu münasibətlə şəxsi heyətə təbrik ünvanlayır və polis orqanlarının fəaliyyətinin nəticələrini açıqlayır.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib
Siyasət 13:37
Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib
Azərbaycan XİN San-Tome və Prinsipi Demokratik Respublikasını təbrik edib
Siyasət 12:38
Azərbaycan XİN San-Tome və Prinsipi Demokratik Respublikasını təbrik edib
Əliyev: Dünya Azərbaycanın Qarabağ üzərində suverenliyini qəbul edib
Siyasət 20:41
Əliyev: Dünya Azərbaycanın Qarabağ üzərində suverenliyini qəbul edib
Prezidentin sosial media hesablarında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb
Siyasət 19:03
Prezidentin sosial media hesablarında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb
Slovakiya Prezidenti iyulun 13-də Azərbaycana səfər edəcək
Siyasət 18:20
Slovakiya Prezidenti iyulun 13-də Azərbaycana səfər edəcək
İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edib
Siyasət 18:01
İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edib
Prezident Xocavənd rayonunun Quzeyxırman kəndində olub
Siyasət 17:29
Prezident Xocavənd rayonunun Quzeyxırman kəndində olub
İlham Əliyev Şuşada "Sadıqcanın evi"nin bərpadan sonra açılışında iştirak edib
Siyasət 15:12
İlham Əliyev Şuşada "Sadıqcanın evi"nin bərpadan sonra açılışında iştirak edib
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Siyasət 14:00
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol