• $
  • €
  • ₽
  • ₺
  • £

Alen Simonyan Ermənistan prezidenti olacağı barədə iddiaları təkzib edib

Alen Simonyan Ermənistan prezidenti olacağı barədə iddiaları təkzib edib
02.07.2026 13:22

Ermənistan parlamentinin sədri Alen Simonyan ölkə prezidenti vəzifəsinə keçəcəyi barədə mətbuatda yayılan məlumatları təkzib edib.

Simonyan iyulun 2-də jurnalistlərə açıqlamasında bu iddiaları "cəfəngiyat" adlandırıb.

"Bu, cəfəngiyatdır. Mən belə bir şey düşünmürəm, heç kimlə də bu barədə söhbətim olmayıb. Bunu düzgün hesab etmirəm", - o bildirib.

Parlament sədri hazırkı prezidentə hörmətlə yanaşdığını da vurğulayıb.

"Ermənistan Respublikasının prezidenti var. Bir vətəndaş olaraq o, mənim ən hörmət etdiyim prezidentdir. Onu çox sevirəm və hörmət edirəm. Bu cür söhbətlər sadəcə cəfəngiyatdır", – Simonyan qeyd edib.

O, eyni zamanda aktiv siyasətdən ayrılmaq niyyətində olmadığını bildirib.

"Mən siyasətdən getmirəm. Seçki kampaniyasında vətəndaşlarımıza verdiyimiz vədlərə sadiq qalacağam. İndiyədək 'səngərimi' burada qorumuşam, bundan sonra da başqa mövqedə qorumağa davam edəcəyəm. Heç bir vəzifə əbədi deyil", - Simonyan bildirib.

Alen Simonyan daha əvvəl növbəti çağırış parlamentdə deputat mandatını qəbul etməyəcəyini və parlament sədri vəzifəsini davam etdirməyəcəyini açıqlayıb. Hakim "Vətəndaş Müqaviləsi" Partiyası yeni parlamentin spikeri vəzifəsinə hazırkı vitse-spiker Ruben Rubinyanın namizədliyini irəli sürüb. Simonyan isə siyasi fəaliyyətini davam etdirəcəyini bəyan edib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Siyasət 15:08
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Siyasət 11:26
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:00
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Siyasət 18:30
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Siyasət 16:02
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol