• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda cüdo üzrə dünya çempionatı oktyabrın 4-də başlayacaq

Bakıda cüdo üzrə dünya çempionatı oktyabrın 4-də başlayacaq
02.07.2026 15:10

2026-cı il oktyabrın 4–11-də Bakıda cüdo üzrə böyüklər arasında dünya çempionatı keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasının məlumatına görə, dünyanın ən güclü cüdoçularının iştirak edəcəyi yarış Bakı Milli Gimnastika Arenasında təşkil olunacaq.

Kişilər və qadınlar arasında keçiriləcək mundial səkkiz gün davam edəcək. İdmançılar dünya çempionluğu ilə yanaşı, dünya reytinq xalları və 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarına vəsiqə uğrunda reytinq xalları qazanmaq üçün mübarizə aparacaqlar.

Çempionatda Azərbaycan millisinin aparıcı üzvləri – Balabəy Ağayev, Əhməd Yusifov, Ruslan Paşayev, Hidayət Heydərov, Zelim Tçkayev və Zelim Kotsoyevin, həmçinin dünyanın tanınmış cüdoçuları Teddi Riner (Fransa), Hifumi Abe və Uta Abe (Yaponiya), Yeldos Smetov (Qazaxıstan), Laşa Bekauri və Tato Qriqalaşvili (Gürcüstan), Distria Krasniqi (Kosovo), Rafaela Silva (Braziliya), Lukaş Krpalek (Çexiya) və digər titullu idmançıların iştirak edəcəyi gözlənilir.

 Bakı son illərdə cüdo üzrə beynəlxalq yarışların əsas mərkəzlərindən birinə çevrilib. Dünya çempionatı Beynəlxalq Cüdo Federasiyasının (IJF) təqvimində ən nüfuzlu turnirlərdən biri hesab olunur və 2028-ci il Los-Anceles Olimpiadasına lisenziya xarakterli reytinq yarışlarından biridir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan boksçusu Sübhan Mamedov Avropa çempionu olub
İdman 22:00
Azərbaycan boksçusu Sübhan Mamedov Avropa çempionu olub
Azərbaycan millisi yoldaşlıq görüşündə qələbə qazanıb - Yenilənib
İdman 21:55
Azərbaycan millisi yoldaşlıq görüşündə qələbə qazanıb - Yenilənib

Azərbaycanlı şahmatçı Fransa çempionu olub
İdman 12:45
Azərbaycanlı şahmatçı Fransa çempionu olub
“Formula-1” Qran-prilərin məsafəsini 15 kilometr azaldacaq
İdman 09:19
“Formula-1” Qran-prilərin məsafəsini 15 kilometr azaldacaq
"Sabah"ın Çempionlar Liqasındakı ev oyunları üçün vahid biletlər satışda
İdman 19:50
"Sabah"ın Çempionlar Liqasındakı ev oyunları üçün vahid biletlər satışda
İsgəndər Cavadov fəxri diplomla təltif edilib
İdman 14:10
İsgəndər Cavadov fəxri diplomla təltif edilib

Futbol üzrə Azərbaycan Kubokununpüşkü atılıb
İdman 14:19
Futbol üzrə Azərbaycan Kubokununpüşkü atılıb
AFFA-da yeni təyinatlar
İdman 23:00
AFFA-da yeni təyinatlar
Litva - Azərbaycan oyununun biletləri satışa çıxarılıb
İdman 21:48
Litva - Azərbaycan oyununun biletləri satışa çıxarılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol