• $
  • €
  • ₽
  • ₺
  • £

Hacıyev Ceffri Saksla dayanıqlı inkişaf və geoiqtisadiyyatı müzakirə edib

Hacıyev Ceffri Saksla dayanıqlı inkişaf və geoiqtisadiyyatı müzakirə edib
03.07.2026 12:40

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dünyaşöhrətli iqtisadçı, Kolumbiya Universitetinin Dayanıqlı İnkişaf Mərkəzinin direktoru Ceffri Saksla Bakıda görüş keçirib.

Hikmət Hacıyev "X" sosial şəbəkəsində paylaşdığı məlumata görə, tərəflər dayanıqlı inkişaf, geosiyasət və geoiqtisadiyyat, daha geniş Xəzər regionu konsepsiyası, Azərbaycanın orta güc (middle power) kimi artan rolu, ölkənin sülh gündəliyi və regional sahiblik prinsipinin əhəmiyyəti ətrafında fikir mübadiləsi aparıblar.

Prezidentin köməkçisi bildirib ki, görüşdə Ceffri Saksın Şərq-Qərb marşrutu boyunca elektromobillərlə səyahəti nəzərdə tutan "Marco Polo – Drive of Peace" təşəbbüsü də müzakirə edilib. Onun sözlərinə görə, bu təşəbbüs dialoq və qarşılıqlı bağlılığın təşviqi baxımından ilhamverici nümunədir.

Ceffri Saks dayanıqlı inkişaf, qlobal iqtisadiyyat və beynəlxalq siyasət sahəsində tanınmış amerikalı iqtisadçıdır. O, hazırda Kolumbiya Universitetinin Dayanıqlı İnkişaf Mərkəzinə rəhbərlik edir və BMT-nin dayanıqlı inkişaf məqsədləri üzrə beynəlxalq təşəbbüslərdə fəal iştirak edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Siyasət 15:08
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Siyasət 11:26
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:00
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Siyasət 18:30
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Siyasət 16:02
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol