• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident Trampı təbrik edib

Prezident Trampı təbrik edib
04.07.2026 10:30

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə təbrik məktubu göndərib.

Prezident məktubunda iki ölkə arasında strateji tərəfdaşlığın inkişafını yüksək qiymətləndirdiyini, Azərbaycanın ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərinə xüsusi önəm verdiyini və bu əlaqələrin daha da genişlənəcəyinə inandığını qeyd edib.

Əliyev bildirib ki, fevral ayında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası iqtisadiyyat, enerji, nəqliyyat, təhlükəsizlik, rəqəmsal transformasiya və süni intellekt kimi sahələrdə əməkdaşlığın inkişafına təkan verəcək.

Məktubda Azərbaycan Prezidenti ABŞ administrasiyasının Cənubi Qafqazda sülh prosesinə verdiyi dəstəyi də yüksək qiymətləndirərək, ötən ilin avqustunda Ağ Evdə keçirilmiş üçtərəfli görüşün regionda yeni siyasi vəziyyət formalaşdırdığını bildirib. Əliyevin sözlərinə görə, Azərbaycan və Ermənistan hazırda sülh şəraitində yaşayır və ticarət əlaqələri qururlar. O, həmçinin "Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu" layihəsinə ABŞ-nin dəstəyini xüsusi qeyd edib. 

İlham Əliyev məktubun sonunda Donald Trampa möhkəm cansağlığı və fəaliyyətində uğurlar, ABŞ xalqına isə sülh, rifah və firavanlıq arzulayıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Siyasət 15:08
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Siyasət 11:26
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:00
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Siyasət 18:30
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Siyasət 16:02
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol