• $
  • €
  • ₽
  • ₺
  • £

ATƏT PA-nın sessiyasında Azərbaycanın Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti barədə məlumat verilib

ATƏT PA-nın sessiyasında Azərbaycanın Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti barədə məlumat verilib
05.07.2026 13:56

ATƏT Parlament Assambleyasının Niderlandın Haaqa şəhərində keçirilən 33-cü illik sessiyası işini davam etdirir.

Beynəlxalq hüququn aliliyi, sülh və əməkdaşlıq ilə bağlı məsələlərin müzakirə olunduğu sessiyada Milli Məclisinin nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov çıxış edib.

O, çıxışında beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması sahəsində vəziyyətin qeyri-qənaətbəxş olmasının əsas səbəbləri sırasında ikili standartları və selektiv yanaşmanı vurğulayıb. Azərbaycan nümayəndə heyətinin rəhbəri dövlətlərin suverenliyi və suveren bərabərliyi prinsiplərinin ali dəyərlər kimi daim qorunmalı və onlara hörmət edilməli olduğunu diqqətə çatdırıb.

Məmmədov informasiya texnologiyalarından istifadənin genişləndiyi, o cümlədən süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə beynəlxalq hüququn rəqəmsal məkanda tətbiqinin və bu müstəvidə dövlətlərin rəqəmsal suverenliyinin qorunmasının zəruriliyini bildirib. Nümayəndə heyətinin rəhbəri ölkəmizdə yeni texnologiyalardan istifadə sahəsində təhlükəsizlik, inkişaf və insan hüquqları arasında optimal nisbəti qoruyan mütərəqqi siyasət və fəaliyyətlərdən bəhs edib.

O, ATƏT məkanında qabaqcıl təcrübə kimi Azərbaycanda Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə rəqəmsal sahədə müfəssəl konsepsiyanı və qurumlararası yanaşmanı özündə ehtiva edən Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti haqqında məlumat verib, bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Siyasət 15:08
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Siyasət 11:26
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:00
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Siyasət 18:30
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Siyasət 16:02
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol