• $
  • £

Rəsmi Bakı Rusiyaya nota göndərib

Rəsmi Bakı Rusiyaya nota göndərib
06.07.2026 16:20

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Bakıdakı səfiri Mixail Yevdokimovu nazirliyə çağıraraq, Ukraynada SOCAR-a məxsus obyektlərə endirilən zərbələrlə bağlı etiraz notası təqdim edib. Bu barədə XİN məlumat yayıb.

Məlumata görə, görüş zamanı iyulun 5-i axşam saatlarında Ukraynanın Mikolayiv vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə bağlı Rusiya tərəfinə kəskin etiraz bildirilib.

XİN qeyd edib ki, bu, SOCAR obyektlərinə qarşı ilk hücum deyil. Daha əvvəl də Ukraynada şirkətə məxsus qazpaylayıcı kompressor stansiyası və Odessadakı neft bazası hərbi zərbələrə məruz qalıb. Hücumlar nəticəsində şirkətə əhəmiyyətli maddi ziyan dəyib, əməkdaşlar arasında yaralananlar olub.

Bildirilib ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq bu cür halların davam etməsi hücumların məqsədyönlü xarakter daşıdığına dair narahatlığı artırır.

Görüşdə həmçinin Ukraynada Azərbaycanın diplomatik nümayəndəliklərinin də zərər gördüyü xatırladılıb. XİN Kiyevdəki səfirliyin və Xarkovdakı fəxri konsulluğun binalarının hava zərbələri nəticəsində zədələndiyini qeyd edərək, diplomatik və konsulluq nümayəndəliklərinin toxunulmazlığına dair Vyana konvensiyalarından irəli gələn öhdəliklərə əməl edilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan tərəfi Rusiyanı qeyd olunan bütün faktlar üzrə hərtərəfli araşdırma aparmağa, baş vermiş hadisələrlə bağlı rəsmi izahat verməyə və mülki obyektlərin, eləcə də diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin olunması üzrə beynəlxalq öhdəliklərə riayət etməyə çağırıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Milix Yevdayevi təltif edib
Siyasət 14:02
Prezident Milix Yevdayevi təltif edib
Zakir Həsənov Pakistana başsağlığı verdi
Siyasət 21:08
Zakir Həsənov Pakistana başsağlığı verdi
Rəşad Aslanov Azərbaycanın Türkiyəyə səfiri təyin edilib
Siyasət 14:06
Rəşad Aslanov Azərbaycanın Türkiyəyə səfiri təyin edilib
Azərbaycanın Türkiyədəki səfiri geri çağrılıb - sərəncam
Siyasət 13:48
Azərbaycanın Türkiyədəki səfiri geri çağrılıb - sərəncam
İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib
Siyasət 11:11
İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib
Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb
Siyasət 19:14
Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb
İlham Əliyev Misir Prezidentini İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 11:23
İlham Əliyev Misir Prezidentini İnqilab Günü münasibətilə təbrik edib
Prezident fərman imzalayıb
Siyasət 15:37
Prezident fərman imzalayıb
Prezident Raufoğlu ilə bağlı sərəncam imzalayıb
Siyasət 14:33
Prezident Raufoğlu ilə bağlı sərəncam imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol