• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov Zimbabve Milli Assambleyasının sədri ilə görüşüb

Ceyhun Bayramov Zimbabve Milli Assambleyasının sədri ilə görüşüb
07.07.2026 19:01

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Zimbabve Milli Assambleyasının sədri Yakob Mudendanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı, Azərbaycan ilə Zimbabve arasında siyasi dialoqun inkişaf perspektivləri, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, təhsil, turizm, mədən sənayesi, kənd təsərrüfatı, dövlət xidmətlərinin göstərilməsi sahəsində ASAN xidmət modelinin tətbiqi və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın Afrika ölkələri arasında əlaqələrin inkişafına verdiyi önəmi vurğulayaraq, qarşılıqlı səfərlərin və parlament diplomatiyasının ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə mühüm töhfə olduğunu bildirib. Bu çərçivədə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin və əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Tərəflər Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşviq etdiyi təşəbbüslər, eləcə də COP29 çərçivəsində əldə olunmuş nəticələrin inkişaf etməkdə olan ölkələrin maraqlarının irəli aparılması baxımından əhəmiyyətini vurğulayıblar.

Nazir Ceyhun Bayramov Zimbabvenin 2027–2028-ci illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi münasibətilə təbriklərini çatdırıb, ölkəmizin bu məsuliyyətli fəaliyyət dövründə Zimbabve ilə sıx əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Tərəflər BMT və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın, beynəlxalq hüququn norma və prinsiplərinin təşviqi istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar.

Tərəflər Parlamentlərarası İttifaq (IPU) çərçivəsində əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

Nazir həmçinin qarşı tərəfə regional vəziyyət, keçmiş münaqişə və hal-hazırkı sülh gündəliyi, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-yenidənqurma işləri barədə ətraflı məlumat verib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Siyasət 15:08
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Siyasət 11:26
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:00
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Siyasət 18:30
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Siyasət 16:02
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol