• $
  • €
  • ₽
  • ₺
  • £

Hər kəs telefonla məşğuldur, ailə daxilində ünsiyyət itib - Hicran Hüseynova

Hər kəs telefonla məşğuldur, ailə daxilində ünsiyyət itib - Hicran Hüseynova
09.07.2026 15:35

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova hesab edir ki, uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasında valideynlərin hüquqi məsuliyyətinin artırılmasına ehtiyac var.

O, parlament komitələrinin birgə iclasında bildirib ki, rəqəmsal texnologiyalar uşaqlara yeni imkanlar açsa da, eyni zamanda ciddi təhlükələr yaradır. 

"Bu gün dünyada məktəb yaşlı hər altı uşaqdan biri kiberzorakılıqla qarşılaşır. Lakin bu, rəqəmsal zorakılığın yalnız bir formasıdır. Kibertəcavüz, kibertrafik, onlayn pedofiliya və yeniyetmələrin onlayn ünsiyyət vasitəsilə intihara sövq edilməsi kimi hallar da dünya miqyasında qeydə alınır. Azərbaycan BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına, Avropa Şurasının Kibercinayətkarlıq haqqında Konvensiyasına qoşulub. Həmçinin 2024-cü ilin dekabrında qəbul edilmiş BMT-nin Kibercinayətkarlıq haqqında Konvensiyasını ratifikasiya edən ilk ölkələrdən biri olub", – o qeyd edib.


Deputat vurğulayıb ki, ölkədə "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun qəbul edilib, İnzibati Xətalar Məcəlləsinə və digər qanunvericilik aktlarına müvafiq dəyişikliklər edilib.


O bildirib ki, Prezidentin uşaqların rəqəmsal mühitdə zərərli təsirlərdən qorunmasına dair sərəncamı çərçivəsində sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin tətbiqi, məktəblərdə elektron cihazlardan istifadə qaydalarının müəyyənləşdirilməsi və kibertəhlükəsizlik üzrə tədrisin təşkili nəzərdə tutulur.


Bununla yanaşı, Hicran Hüseynova hesab edir ki, problemin həllində ailənin rolu həlledicidir.


"Biz artıq elə bir mərhələyə çatmışıq ki, valideynlərin də qanun çərçivəsində hüquqi məsuliyyəti artırılmalıdır. Çünki uşaqların müdafiəsi sistemində əsas rol məhz valideynlərə məxsusdur", –  o bildirib.


Deputatın sözlərinə görə, valideynlər uşaqların internetdə nə ilə məşğul olduqlarına, istifadə etdikləri rəqəmsal resurslara və boş vaxtlarını necə keçirdiklərinə daha ciddi nəzarət etməlidirlər.

"Son dövrlərdə görürük ki, ailə üzvlərinin hər biri telefonla məşğuldur. Nə valideynlə uşağın ünsiyyəti var, nə də uşağın internetdə nə etdiyi ilə kifayət qədər maraqlanılır. Bəzi valideynlər üçün uşağın telefonla məşğul olması rahat görünür, amma onun hansı məzmunla qarşılaşdığına diqqət yetirilmir", - Hicran Hüseynova əlavə edib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Siyasət 15:08
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Siyasət 11:26
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:00
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Siyasət 18:30
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Siyasət 16:02
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol