• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 6 avtobus marşrutu alternativ küçələrə yönləndirilib



Bakıda 6 avtobus marşrutu alternativ küçələrə yönləndirilib
10.07.2026 16:42

Paytaxtın Səməd Vurğun küçəsinin Füzuli küçəsi ilə kəsişməsindən Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməsinədək, eləcə də Nazim Hikmət küçəsinin Mətbuat prospekti ilə kəsişməsindən Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissələrində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, məhdudiyyət səbəbindən 10-12 iyul tarixlərində 61 və 88A nömrəli müntəzəm marşrutların hərəkəti Rəşid Behbudov, Abbasqulu ağa Bakıxanov və Səməd Vurğun küçələri ilə, 10, 14 və 18 nömrəli müntəzəm marşrutların hərəkəti isə Əbdürrəhim bəy Haqverdiyev, Şəfayət Mehdiyev, Akim Abbasov və Abbas Mirzə Şərifzadə küçələri ilə təşkil edilir. 

Məlumata görə, 11-12 iyul tarixlərində isə Sənan Abdullayev küçəsində (Baksol yolu), Ziya Bünyadov prospektindən Karvan yolu döngə 1-dək aparılacaq təmir işləri ilə əlaqədar 71 nömrəli müntəzəm marşrut müvəqqəti olaraq metronun "Azadlıq prospekti" stansiyasından Sənan Abdullayev küçəsi, giriş 141A ünvanınadək fəaliyyət göstərəcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub
Cəmiyyət 12:14
Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub
Şəhərlərdə beş yaşına çatmayan qızların ölüm sayı artıb
Cəmiyyət 12:13
Şəhərlərdə beş yaşına çatmayan qızların ölüm sayı artıb
Azərbaycanda maraqlar toqquşmasının qarşısının alınması qaydaları müəyyənləşdirilir
Cəmiyyət 12:00
Azərbaycanda maraqlar toqquşmasının qarşısının alınması qaydaları müəyyənləşdirilir
Azərbaycan XİN Türkiyəni Cümhuriyyət Bayramı münasibətilə təbrik edib
Cəmiyyət 11:50
Azərbaycan XİN Türkiyəni Cümhuriyyət Bayramı münasibətilə təbrik edib
Milli Məclisin komitəsi yeni ombudsmanın seçilməsi məsələsini müzakirə edəcək
Cəmiyyət 10:48
Milli Məclisin komitəsi yeni ombudsmanın seçilməsi məsələsini müzakirə edəcək
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Cəmiyyət 10:19
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Azərbaycanda ötən gün 41 şübhəli saxlanılıb - DİN
Cəmiyyət 10:10
Azərbaycanda ötən gün 41 şübhəli saxlanılıb - DİN
“Azeri Light” neftinin qiyməti 125,42 dollara yüksəlib
Cəmiyyət 09:37
“Azeri Light” neftinin qiyməti 125,42 dollara yüksəlib
Bu gün Sabunçu və Nəsimi rayonlarının bir sıra ərazilərində qaz olmayacaq
Cəmiyyət 09:29
Bu gün Sabunçu və Nəsimi rayonlarının bir sıra ərazilərində qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol