• $
  • €
  • ₽
  • ₺
  • £

Slovakiya Prezidenti iyulun 13-də Azərbaycana səfər edəcək

Slovakiya Prezidenti iyulun 13-də Azərbaycana səfər edəcək
11.07.2026 18:20

Slovakiya Prezidenti Peter Pelleqrini Prezident İlham Əliyevin dəvəti ilə iyulun 13-də Azərbaycana rəsmi səfər edəcək. Bu barədə Slovakiya Prezidentinin Dəftərxanası məlumat yayıb. 

Məlumata görə, səfər Prezident İlham Əliyevin 2025-ci ilin dekabrında Slovakiyaya etdiyi ilk rəsmi səfərin davamı kimi qiymətləndirilir. 

Pelleqrinini səfərdə Baş nazirin müavini və müdafiə naziri Robert Kalinyak, Baş nazirin müavini və iqtisadiyyat naziri Denisa Sakova, daxili işlər naziri Matuş Şutay Eştok, eləcə də Slovakiya Milli Bankının rəhbəri Peter Kajimir müşayiət edəcək. 

Prezident Bakıda Şəhidlər xiyabanını və Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edəcək, həmçinin Azərbaycanın apostol prefekti, əslən Slovakiyadan olan monsenyor Vladimir Fekete ilə görüşəcək.

Prezident İlham Əliyevlə danışıqlarda energetika sahəsində əməkdaşlığın genişləndirilməsi, Slovakiya ixracının təşviqi, sənaye və texnologiya sahələrində əməkdaşlıq, nəqliyyat əlaqələrinin inkişafı, həmçinin münaqişədən zərər çəkmiş ərazilərin bərpası layihələrində Slovakiya şirkətlərinin iştirakı müzakirə olunacaq. 

Səfər proqramına Ağdam rayonuna səfər də daxildir. Pelleqrini Baş Qərvənd kəndində həyata keçirilən "Ağıllı kənd" layihəsi ilə tanış olacaq və Milan Rastislav Ştefanik adına yeni məktəbin təməlqoyma mərasimində iştirak edəcək.

Slovakiya Prezidenti Azərbaycanın Baş naziri Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova ilə də görüşəcək.

Səfər çərçivəsində Bakıda hər iki ölkənin işgüzar dairələrinin iştirakı ilə Slovakiya–Azərbaycan biznes forumu keçiriləcək. Forumun məqsədi ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və Slovakiya şirkətlərinin Azərbaycan bazarında fəaliyyətinin təşviqidir. 

Slovakiya Prezidentinin Dəftərxanası bildirib ki, Bratislava ilə Bakı arasında yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsi enerji təhlükəsizliyi, iqtisadiyyat, innovasiya, nəqliyyat və texnologiyalar kimi strateji sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi niyyətini əks etdirir. 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Siyasət 15:08
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Siyasət 11:26
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:00
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Siyasət 18:30
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Siyasət 16:02
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol