• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Almaniya və Avstriyaya qaz ixracına başlayıb, Aİ ilə uzunmüddətli müqavilələrə ehtiyac var

Azərbaycan Almaniya və Avstriyaya qaz ixracına başlayıb, Aİ ilə uzunmüddətli müqavilələrə ehtiyac var
13.07.2026 10:01

Azərbaycan bu il Almaniya və Avstriyaya təbii qaz ixracına başlayıb və Avropa bazarında mövqeyini daha da genişləndirməyi planlaşdırır. Bunu Prezident İlham Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan hazırda boru kəmərləri vasitəsilə 12 ölkəyə qaz ixrac edir və Avropa İttifaqının bəzi üzv dövlətləri ilə həm yeni tədarüklərə başlamaq, həm də mövcud həcmləri artırmaq üçün danışıqlar aparır.

Əliyev bildirib ki, bir neçə ay əvvəl “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz layihəsindən ilk hasilata başlanılıb, mövcud yataqlarda isə investisiya proqramları hesabına hasilat artacaq.

Prezident deyib ki, 2030-cu ilədək ölkədə 8 giqavat bərpa olunan enerji gücünün yaradılması planlaşdırılır ki, bu da ildə təxminən 7 milyard kubmetr təbii qaza qənaət etməyə və həmin həcmin ixraca yönəldilməsinə imkan verəcək.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsindən sonra Avropada Azərbaycan qazına tələbat əhəmiyyətli dərəcədə artıb və 2022-ci ildən bəri Avropa İttifaqına qaz ixracı 65% yüksəlib.

Əliyev bildirib ki, artan tələbat mövcud qaz nəqli infrastrukturunun genişləndirilməsini zəruri edir. Lakin o, Avropa İttifaqının “Yaşıl Gündəliyi” və Avropa banklarının fosil yanacaq layihələrini maliyyələşdirmək istəməməsinin bu prosesə maneə yaratdığını deyib.

Prezident əlavə edib ki, hasilatın artırılması üçün böyük investisiyalar tələb olunduğundan Azərbaycan Avropa tərəfdaşları ilə uzunmüddətli qaz alqı-satqısı müqavilələrinin bağlanmasını vacib hesab edir.

Əliyev həmçinin bildirib ki, Azərbaycan Suriyaya qaz ixracına başlayıb və gələcəkdə bu ölkə vasitəsilə regionun digər bazarlarına çıxışı genişləndirmək imkanını nəzərdən keçirir.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Siyasət 15:08
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Siyasət 11:26
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:00
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Siyasət 18:30
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Siyasət 16:02
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol