• $
  • €
  • ₽
  • ₺
  • £

CENTCOM: ABŞ iyulun 15-də İran limanlarının blokadasını bərpa edəcək

CENTCOM: ABŞ iyulun 15-də İran limanlarının blokadasını bərpa edəcək
14.07.2026 00:07

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 14-də saat 16:00-dan (Bakı vaxtı ilə iyulun 15-də saat 00:00) etibarən İran limanlarına qarşı dəniz blokadasını bərpa edəcəyini açıqlayıb. 

CENTCOM-un "X" sosial şəbəkəsində yaydığı məlumata görə, qüvvələr İran limanlarına və sahil ərazilərinə daxil olan və ya həmin ərazilərdən çıxan gəmilərə qarşı blokada tətbiq edəcək. Eyni zamanda, Hörmüz boğazı və Oman körfəzi vasitəsilə İranla əlaqəsi olmayan marşrutlar üzrə hərəkət edən gəmilərin sərbəst keçidinə maneə yaradılmayacaq. 

ABŞ bundan əvvəl aprelin 13-dən iyunun 18-dək İrana qarşı analoji dəniz blokadası tətbiq etmişdi. CENTCOM-un məlumatına görə, bu müddətdə 140-dan çox gəminin marşrutu dəyişdirilib, qaydaları pozduğu bildirilən doqquz gəmi sıradan çıxarılıb, humanitar yardım daşıyan 50-dən çox ticarət gəmisinin isə keçidinə icazə verilib. 

ABŞ Prezidenti Donald Tramp bazar günü Birləşmiş Ştatların İran limanlarının blokadasını yenidən tətbiq edəcəyini və Hörmüz boğazında təhlükəsizliyin təmin olunmasına görə ticarət gəmilərindən rüsum alınacağını bildirmişdi.

Oxşar xəbərlər
Oxşar xəbərlər


Rusiya dizel yanacağının ABŞ-a tədarükü başlayıb
Dünya 14:26
Rusiya dizel yanacağının ABŞ-a tədarükü başlayıb

Türkiyədə mədəndə partlayış oldu -Ölənlər var
Dünya 14:01
Türkiyədə mədəndə partlayış oldu -Ölənlər var


Avstriya casusluqda şübhəli bilinən dörd Rusiya diplomatını "arzuolunmaz şəxs" elan edib
Dünya 11:47
Avstriya casusluqda şübhəli bilinən dörd Rusiya diplomatını "arzuolunmaz şəxs" elan edib
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb

Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir

Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol