DÇ-2026-nın finalında hissələrarası fasilə 17 dəqiqə olacaq
2026-cı il futbol üzrə dünya çempionatının final matçında hissələrarası fasilə 17 dəqiqə davam edəcək.Bu barədə "Marca" qəzeti Beynəlxalq Futbol Federasiyasının (FIFA) açıqlamasına istinadən məlumat yayıb.
Qeyd olunur ki, fasilənin 11 dəqiqəsi ifaçıların çıxışlarına, qalan vaxt isə səhnənin quraşdırılması və sökülməsinə sərf olunacaq. Bununla əlaqədar fasilə adi vaxtdan cəmi iki dəqiqə uzun olacaq. Daha əvvəl The Times qəzeti FIFA-nın fasiləni 15 dəqiqədən 30 dəqiqəyə qədər artırmağı planlaşdırdığını yazmışdı.
Qarşılaşma 19 iyulda ABŞ-ın Nyu-Cersi ştatının İst-Ruterford şəhərində keçiriləcək. Finalda İspaniya və Argentina milli komandaları qarşılaşacaq. Fasilə zamanı kanadalı müğənni Castin Biber, amerikalı ifaçı Madonna, kolumbiyalı müğənni Şakira və Cənubi Koreyanın BTS pop qrupu çıxış edəcəklər.