Asim Xudiyev "Braqa"nın oyununa təyinat alıb
Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.Bu barədə AFFA-nın rəsmi saytında məlumat paylaşılıb.
O, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək Serbiyanın "Jelezniçar" (Pançevo) və Portuqaliyanın "Braqa" komandaları arasında oyunun hakim-inspektoru olacaq.
Görüş iyulun 22-də Pançevodakı "Mladost" stadionunda keçiriləcək.