• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan peşə təhsili müəssisələrinə qəbul planını 33 mindən çox yerə çatdırır

Azərbaycan peşə təhsili müəssisələrinə qəbul planını 33 mindən çox yerə çatdırır
23.07.2026 11:00

Azərbaycan 2026/2027-ci tədris ili üçün peşə təhsili müəssisələrinə qəbul planını artıraraq 78 təhsil müəssisəsində 149 ixtisas üzrə 33 120 yer ayırıb. Bu barədə çərşənbə günü Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı jurnalistlərə açıqlamasımda deyib.


Onun sözləri görə, ayrılmış plan yerlərinin 24 425-i və ya 74%-i dövlət sifarişlidir.

Dövlət sifarişli yerlərin sayı son dörd ildə 52% artıb.

O bildirib ki, 2020-ci ildən bəri peşə təhsilinə qəbul olunanların sayı 90% artıb və cari tədris ilində 28 140 tələbənin qəbul olunması hədəflənir.

"Plan yerlərinin 3 000-i ilk peşə təhsili, 27 260-ı texniki peşə təhsili, 2 860-ı isə yüksək texniki peşə təhsili səviyyəsinə aiddir. Qəbul planının 44%-i və ya 14 580 yeri iqtisadiyyat, xidmət və informasiya texnologiyaları istiqamətlərini əhatə edir. Ən çox plan yeri ayrılan ixtisaslar arasında aşpaz, bərbər-vizajist-manikürçü, dərzi, elektrik montyoru, əməliyyatçı mühasib, elektrik qaz qaynaqçısı, kompüterlərin təmiri və xidməti üzrə texnik, qrafik dizayner və avtomobillərin təmiri çilingəri yer alır",- direktor deyib.

Direktor əlavə edib ki, bu ildən əmək bazarının tələblərinə uyğun beş yeni ixtisasın tədrisinə başlanılacaq. Onlardan biri geodeziya və kartoqrafiyadır.

Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu iyulun 23-dən başlayır və müraciətlər portal.edu.az platforması üzərindən qəbul ediləcək.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 23:45
Bakıda iki ərazidə yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Cəmiyyət 23:30
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Ucarda maşınlar toqquşub ,xəsarət alan var
Cəmiyyət 23:11
Ucarda maşınlar toqquşub ,xəsarət alan var
Bakıda məktəbdə çəkiliş aparan “Real TV” əməkdaşlarına hücum edilib
Cəmiyyət 22:14
Bakıda məktəbdə çəkiliş aparan “Real TV” əməkdaşlarına hücum edilib
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:08
Sabah bu ərazilərdə qaz olmayacaq
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 21:14
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Cəmiyyət 19:50
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Cəmiyyət 19:46
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Cəmiyyət 18:49
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol