İyirmi Azərbaycan vətəndaşı Çində təqaüd proqramı çərçivəsində təhsil alacaq
Azərbaycan Elm və Təhsil Nazirliyi ilə Çin Təhsil Nazirliyi arasında Təhsil sahəsində əməkdaşlıq haqqında Sazişə əsasən, 2026-2027-ci tədris ilində 20 Azərbaycan vətəndaşına Çinin nüfuzlu universitetlərində təhsil almaq imkanı verilib.
Çin tərəfinin yekun qərarına əsasən, namizədlər Şanxay Ciaotong Universitetində, Şanxay Universitetində, Zhejiang Universitetində, Çin Neft Universitetində, Pekin Texnologiya Universitetində, Pekin Universitetində və digər nüfuzlu ali təhsil müəssisələrində hüquq, neft mühəndisliyi, kibertəhlükəsizlik, iqtisadiyyat və idarəetmə, beynəlxalq biznes, tətbiqi kimya, beynəlxalq hüquq və s. kimi ixtisaslar üzrə təhsil alacaqlar.
Magistr səviyyəsində on səkkiz, doktorantura səviyyəsində isə iki namizəd təqaüd proqramı çərçivəsində təhsil almaq hüququ qazanıb.
Son xəbərlər
Daha çox