• $
  • €
  • ₽
  • ₺
  • £

Doktorantura və dissertantura üzrə xarici dil imtahanlarının nəticələri elan olunub

Doktorantura və dissertantura üzrə xarici dil imtahanlarının nəticələri elan olunub
24.07.2026 18:10

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının nəticələri elan olunub.Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, DİM tərəfindən 2026-cı il 25 iyun tarixində doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul və fəlsəfə doktoru imtahanları, iyunun 16-da isə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçirilib. Həmçinin 17-19 iyun tarixlərində namizəd və iddiaçıların danışıq bacarıqlarının yoxlanılması həyata keçirilib.

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul imtahanının iştirakçıları nəticələr ilə buradan, xarici dil üzrə fəlsəfə doktoru imtahanının iştirakçıları isə buradan tanış ola bilərlər.

İmtahanlarda 2243 namizəd və iddiaçı (1864 nəfər doktoranturaya qəbul, 378 nəfər fəlsəfə doktoru, 1 nəfər isə Azərbaycan dili imtahanında) iştirak edib. 73 nəfər imtahana gəlməyib.

Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələrinə əsasən, 1174 nəfər tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb.

109 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.

1 əcnəbi iddiaçı Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.

Xarici dil üzrə qəbul imtahanında (habelə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında) bloklar üzrə müvafiq bal məhdudiyəti (2 bal) nəzərə alınmaqla 25 və daha yuxarı bal toplamış namizədlər imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab olunurlar. Qəbul imtahanında 30 və daha çox bal toplayan namizədlər dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.

Xarici dil üzrə fəlsəfə doktoru imtahanında məqbul almaq üçün tələb olunan minimal bal isə 30-dur (bloklar üzrə 2 bal məhdudiyəti nəzərə alınmaqla).

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 27 iyuldan etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.

Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 25 iyul saat 10:00‑dan 26 iyul saat 17:00-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Xarici dil üzrə fəlsəfə doktoru (minimum) imtahanının nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 25 iyul saat 10:00‑dan 26 iyul saat 17:00-dək [email protected] ünvanına məzmunla bağlı yazılı müraciətlərini göndərə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyən namizədlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 23:45
Bakıda iki ərazidə yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Cəmiyyət 23:30
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Ucarda maşınlar toqquşub ,xəsarət alan var
Cəmiyyət 23:11
Ucarda maşınlar toqquşub ,xəsarət alan var
Bakıda məktəbdə çəkiliş aparan “Real TV” əməkdaşlarına hücum edilib
Cəmiyyət 22:14
Bakıda məktəbdə çəkiliş aparan “Real TV” əməkdaşlarına hücum edilib
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:08
Sabah bu ərazilərdə qaz olmayacaq
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 21:14
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Cəmiyyət 19:50
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Cəmiyyət 19:46
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Cəmiyyət 18:49
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol