• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar

Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
30.07.2026 17:00

Azercell-in baş dəstəkçisi olduğu Uşaq Paralimpiya Hərəkatının yeniyetmə və gənc idmançıları 2026-cı ilin ilk yarısında beynəlxalq arenada uğurlu çıxışlarını davam etdiriblər. Bu dövrdə gənc paralimpiyaçılar beynəlxalq turnirlərdə 9 qızıl, 12 gümüş və 13 bürünc olmaqla ümumilikdə 34 medal qazanıblar. 

İlin ilk yarışında gənc paralimpiyaçılar paraüzgüçülük, parapauerliftinq, parabadminton, parataekvondo və parakarate üzrə keçirilən beynəlxalq yarışlarda yüksək nəticələr göstəriblər. Parapauerliftinq üzrə Avropa Açıq Çempionatında milli komanda 4 qızıl, 4 gümüş və 4 bürünc olmaqla ümumilikdə 12 medal qazanaraq turnirin ən uğurlu komandalarından biri olub. Parataekvondo üzrə Avropa Çempionatında Sabir Zeynalov karyerasında ilk dəfə Avropa çempionatının gümüş medalına sahib olub.

Fərdi nailiyyətlər arasında 17 yaşlı parakarateçi Aysel Əhmədlinin WSF versiyası üzrə Şotokan Dünya Çempionatında qızıl medal əldə etməsi və 14 yaşlı parabadmintonçu Zəhra Salmanlının debüt etdiyi Dünya Çempionatında ən gənc iştirakçı kimi ilk qələbəsini qazanması xüsusi diqqət çəkib. Yeniyetmə paraüzgüçü Əli Vəliyev isə Dünya Seriyası da daxil olmaqla beynəlxalq yarışlarda qazandığı 6 medalla ilin ilk yarısının ən uğurlu gənc idmançılarından biri olub. 

Hesabat dövrünün əsas hadisələrindən biri də Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatının keçirilməsi olub. Yarışda 30-a yaxın yeniyetmə və gənc idmançı 9 müxtəlif kateqoriya üzrə bacarıqlarını nümayiş etdirib.

“Azercell Telekom” MMC 2014-cü ildən etibarən Uşaq Paralimpiya Hərəkatının baş dəstəkçisidir. Şirkətin davamlı dəstəyi sayəsində Uşaq Paralimpiya Komitəsinin fəaliyyət dairəsi genişlənib, yüzlərlə uşaq müntəzəm şəkildə idmanla məşğul olmaq imkanı qazanıb. Bu təşəbbüs ölkədə Paralimpiya Hərəkatının inkişafına töhfə verməklə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların fiziki və psixoloji inkişafına, özünəinamının və motivasiyasının artmasına, eləcə də sosial inteqrasiyasının güclənməsinə müsbət təsir göstərib.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 23:45
Bakıda iki ərazidə yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Cəmiyyət 23:30
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Ucarda maşınlar toqquşub ,xəsarət alan var
Cəmiyyət 23:11
Ucarda maşınlar toqquşub ,xəsarət alan var
Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qalıb,saxlanılanlar var
Cəmiyyət 22:14
Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qalıb,saxlanılanlar var
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:08
Sabah bu ərazilərdə qaz olmayacaq
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 21:14
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Cəmiyyət 19:50
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Cəmiyyət 19:46
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Cəmiyyət 18:49
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol