• $
  • £

Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb -rəsmi

Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb -rəsmi
30.07.2026 17:49

Azərbaycanın Elm və Təhsil Nazirliyi Bakı Qızlar Universitetinin təhsil fəaliyyətinin dayandırıldığını və ali məktəbin tələbələrinin digər universitetlərə köçürüləcəyini açıqlayıb.

Nazirliyin məlumatına görə, qərar universitetin institusional və proqram akkreditasiyasından keçə bilməməsindən sonra qəbul edilib.

Bildirilib ki, iyulun 10-da keçirilən Akkreditasiya Şurasının iclasında Bakı Qızlar Universiteti üzrə yekun qiymətləndirmə hesabatları müzakirə olunub və ali təhsil müəssisəsinin akkreditasiya nəticəsi "uyğun deyil" kimi qiymətləndirilib.

Nazirliyin açıqlamasına əsasən, qiymətləndirmə zamanı dövlət təhsil standartlarının, normativ hüquqi aktların və keyfiyyət təminatı tələblərinin icrasında ciddi uyğunsuzluqlar aşkar edilib. Bu səbəbdən universitet akkreditasiyadan keçmiş hesab edilməyib və onun təhsil fəaliyyətinin dayandırılması proseduruna başlanılıb.

Elm və Təhsil Nazirliyi bildirib ki, müəyyən edilmiş nöqsanların qısa müddətdə aradan qaldırılmasının mümkünlüyünü təsdiqləyən əsaslı sübutlar olmadığından, ali məktəbin lisenziyasının dayandırılması və ya ləğv edilməsi ilə bağlı səlahiyyətli orqana təqdimat göndərilib.

Nazirliyin məlumatına görə, İqtisadiyyat Nazirliyi iyulun 30-da qəbul etdiyi qərarla Bakı Qızlar Universitetinə 2018-ci ildə verilmiş təhsil lisenziyasını ləğv edib.

Nazirlik vurğulayıb ki, universitetdə təhsil alan tələbələrin təhsilinin fasiləsizliyini və hüquqlarını təmin etmək məqsədilə onların ixtisaslarına uyğun olaraq digər ali təhsil müəssisələrinə köçürülməsi həyata keçiriləcək.

 

Azərbaycan qanunvericiliyinə əsasən, ali təhsil müəssisələri hər beş ildən bir institusional və proqram akkreditasiyasından keçirlər. Akkreditasiya ali məktəbin fəaliyyətinin dövlət təhsil standartlarına və keyfiyyət təminatı tələblərinə uyğunluğunu qiymətləndirən əsas mexanizmdir. Akkreditasiya nəticəsi mənfi olduqda, qanunvericiliyə uyğun olaraq təhsil fəaliyyətinin dayandırılması və lisenziyanın ləğvi proseduru tətbiq oluna bilər. Belə hallarda tələbələrin təhsil hüquqlarının qorunması məqsədilə onların digər ali təhsil müəssisələrinə köçürülməsi təmin edilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 18:12
Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq
Mingəçevirdə binada yanğın olub, zəhərlənənlər var
Cəmiyyət 16:15
Mingəçevirdə binada yanğın olub, zəhərlənənlər var
Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq
Cəmiyyət 14:53
Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq
Lənkəran-Astaraya leysan yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 14:46
Lənkəran-Astaraya leysan yağıb - FAKTİKİ HAVA
Sabah 33 dərəcə isti olacaq
Cəmiyyət 12:30
Sabah 33 dərəcə isti olacaq
Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - Yenilənib
Cəmiyyət 11:47
Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - Yenilənib
Xətai rayonunda üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Cəmiyyət 10:36
Xətai rayonunda üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
İsmayıllıda avtomobil yanıb, ölən və xəsarət alan var
Cəmiyyət 00:29
İsmayıllıda avtomobil yanıb, ölən və xəsarət alan var
8 Noyabr prospektində təmir işləri aparılacaq
Cəmiyyət 23:55
8 Noyabr prospektində təmir işləri aparılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol