• $
  • £

Qarabağ Universiteti ixtisaslar üzrə minimum keçid ballarını açıqlayıb

Qarabağ Universiteti ixtisaslar üzrə minimum keçid ballarını açıqlayıb
31.07.2026 10:01

Qarabağ Universiteti 2026/2027-ci tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul aparılacaq ixtisaslar üçün minimum bal tələblərini müəyyən edib. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, universitetdə ən aşağı keçid balı 250 bal olmaqla "Turizm işinin təşkili" ixtisası üzrə müəyyən edilib. Ən yüksək minimum bal tələbi isə 600 bal olmaqla "Tibb" ixtisasına tətbiq olunacaq.

Nazirlik digər ixtisaslar üzrə minimum keçid ballarının da müəyyənləşdirildiyini bildirib.

Qarabağ Universiteti Xankəndi şəhərində ilk dəfə 1969-cu ildə fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli fərmanı ilə universitet yenidən təsis edilib və 2024-cü ildən fəaliyyətini bərpa edib.

Hazırda universitetdə 27 ixtisas üzrə 2 500-ə yaxın tələbə təhsil alır. İnkişaf planına əsasən, universitetdə 34 ixtisas və 6 istiqamət üzrə, o cümlədən 100 tələbəlik tibb ixtisası daxil olmaqla, ümumilikdə 4 minədək tələbənin təhsil alması və yataqxanalarla təmin edilməsi nəzərdə tutulur.

2026-cı ildə Qarabağ Universitetinin fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 39 milyon manat vəsait ayrılması planlaşdırılır. Bu vəsait "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb. Bu maliyyələşmənin universitetin infrastrukturunun inkişafına, tədris imkanlarının genişləndirilməsinə və Xankəndidə ali təhsil sisteminin gücləndirilməsinə xidmət edəcəyi gözlənilir.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 18:12
Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq
Mingəçevirdə binada yanğın olub, zəhərlənənlər var
Cəmiyyət 16:15
Mingəçevirdə binada yanğın olub, zəhərlənənlər var
Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq
Cəmiyyət 14:53
Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq
Lənkəran-Astaraya leysan yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 14:46
Lənkəran-Astaraya leysan yağıb - FAKTİKİ HAVA
Sabah 33 dərəcə isti olacaq
Cəmiyyət 12:30
Sabah 33 dərəcə isti olacaq
Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - Yenilənib
Cəmiyyət 11:47
Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - Yenilənib
Xətai rayonunda üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Cəmiyyət 10:36
Xətai rayonunda üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
İsmayıllıda avtomobil yanıb, ölən və xəsarət alan var
Cəmiyyət 00:29
İsmayıllıda avtomobil yanıb, ölən və xəsarət alan var
8 Noyabr prospektində təmir işləri aparılacaq
Cəmiyyət 23:55
8 Noyabr prospektində təmir işləri aparılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol