• $
  • €
  • ₽
  • ₺
  • £

Magistraturaya qəbul olunanlar avqustun 3-dən qeydiyyatdan keçə biləcəklər – DİM

Magistraturaya qəbul olunanlar avqustun 3-dən qeydiyyatdan keçə biləcəklər – DİM
31.07.2026 17:04

Azərbaycanın ali təhsil müəssisələrinin magistratura səviyyəsinə əsas yerləşdirmənin nəticələrinə əsasən qəbul olunan bakalavrlar avqustun 3-dən 12-dək elektron qeydiyyatdan keçməlidirlər. Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə cümə günü jurnalistlərə bildirib.


Onun sözlərinə görə, qəbul olunanlar 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək elektron qaydada qeydiyyatdan keçə bilərlər. Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı isə daha sonra DİM tərəfindən elan olunacaq.


DİM-in məlumatına görə, magistraturaya ixtisaslaşma seçimində iştirak edən 15 721 bakalavrdan 13 845-i qəbul olunub. Onlardan 6 580 nəfər dövlət sifarişi, 52 nəfər dövlət hesabına, 7 213 nəfər isə ödənişli əsaslarla təhsil alacaq.


Qəbul olunanların 10 510-u cari ilin, 3 335-i isə əvvəlki illərin məzunlarıdır. Ötən illə müqayisədə ixtisaslaşma seçimində iştirak edənlərin sayı 166, qəbul olunanların sayı isə 399 nəfər artıb. Ödənişsiz əsaslarla təhsil almaq hüququ qazananların sayı da 834 nəfər çox olub.
Bu il magistratura üzrə ayrılmış 17 658 plan yerinin 13 845-i dolub ki, bu da ümumi planın 78,41%-ni təşkil edir. 3 813 yer vakant qalıb. DİM bildirib ki, plan yerlərinin bir hissəsinin boş qalacağı əvvəlcədən gözlənilən idi, çünki ixtisaslaşma seçimində iştirak edən bakalavrların sayı ayrılmış yerlərdən az olub.


Qəbul 67 ixtisaslaşma proqramı üzrə aparılıb. Maşın mühəndisliyi, nəqliyyat mühəndisliyi, su bioehtiyatları və akvakultura, balıqçılıq, əczaçılıq, nəqliyyatda servis, aerokosmik mühəndislik və yanğın təhlükəsizliyi mühəndisliyi proqramlarında bütün plan yerləri dolub.
Bununla yanaşı, mədən mühəndisliyi, tərcümə, kitabxanaçılıq, regionşünaslıq, hava nəqliyyatı, səhiyyə, biotexnologiya və incəsənət istiqamətlərində plan yerlərinin yarıdan çoxu boş qalıb.
Ali təhsil müəssisələri arasında Dövlət Gömrük Komitəsinin Akademiyası və Fövqəladə Hallar Nazirliyinin Akademiyasında plan yerləri tam dolub. Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti və Milli Aviasiya Akademiyasında isə doluluq səviyyəsi 90%-i ötüb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 23:45
Bakıda iki ərazidə yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Cəmiyyət 23:30
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Ucarda maşınlar toqquşub ,xəsarət alan var
Cəmiyyət 23:11
Ucarda maşınlar toqquşub ,xəsarət alan var
Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qalıb,saxlanılanlar var
Cəmiyyət 22:14
Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qalıb,saxlanılanlar var
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:08
Sabah bu ərazilərdə qaz olmayacaq
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 21:14
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Cəmiyyət 19:50
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Cəmiyyət 19:46
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Cəmiyyət 18:49
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol