• $
  • £

Kolleclərə qəbul üzrə ixtisas seçimi başlayıb

Kolleclərə qəbul üzrə ixtisas seçimi başlayıb
03.08.2026 09:51

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi avqustun 3-dən 9-dək (saat 23:59-dək) internet vasitəsilə aparılacaq. Bu barədə DİM-dən bildirilib.

İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

İxtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar.

Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

2026/2027-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında nəşr olunub.

Qeyd edilib ki, 2026-cı ildə orta ixtisas təhsili müəssisələrinə tələbələrin qəbul olması üçün 6210 plan yeri ayrılıb. Ötən il müvafiq göstərici 8144 yer idi. Bu il qeydiyyatdan keçən və müsabiqə şərtini ödəyən 24545 abituriyent ixtisas seçiminə buraxılıb. Ötən il isə 24059 nəfərin müsabiqədə iştirak hüququ var idi. Abituriyentlərin nəzərinə çatdırırıq ki, ötən il olduğu kimi, bu il də müsabiqə şərtini ödəmiş, lakin ərizə qəbulu zamanı qeydiyyatdan keçməyən abituriyentlərə 3 – 9 avqust tarixlərində qeydiyyatdan keçib ixtisas seçimində iştirak etməyə icazə verilir. Ona görə də ixtisas seçimində iştirak edən abituriyentlərin sayının daha da artacağı gözlənilir.

Abituriyentlər ixtisas seçimi ilə bağlı DİM-in “Abituriyent Məsləhət Mərkəzləri”nə də müraciət edə bilərlər. Müsabiqə iştirakçılarına Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Memarlıq və İnşaat, Texniki Universitet, Milli Konservatoriya, Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Aqrar Universitetində, Sumqayıt Dövlət Universitetində və DİM-in regional bölmələrində yerləşən “Abituriyent Məsləhət Mərkəzləri”ndə ödənişsiz kömək göstərilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 18:12
Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq
Mingəçevirdə binada yanğın olub, zəhərlənənlər var
Cəmiyyət 16:15
Mingəçevirdə binada yanğın olub, zəhərlənənlər var
Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq
Cəmiyyət 14:53
Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq
Lənkəran-Astaraya leysan yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 14:46
Lənkəran-Astaraya leysan yağıb - FAKTİKİ HAVA
Sabah 33 dərəcə isti olacaq
Cəmiyyət 12:30
Sabah 33 dərəcə isti olacaq
Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - Yenilənib
Cəmiyyət 11:47
Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - Yenilənib
Xətai rayonunda üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Cəmiyyət 10:36
Xətai rayonunda üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
İsmayıllıda avtomobil yanıb, ölən və xəsarət alan var
Cəmiyyət 00:29
İsmayıllıda avtomobil yanıb, ölən və xəsarət alan var
8 Noyabr prospektində təmir işləri aparılacaq
Cəmiyyət 23:55
8 Noyabr prospektində təmir işləri aparılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol