Cəlilabadda elektrik naqilinə toxunan iribuynuzlu heyvan tələf olub
Cəlilabad rayonunda qırılaraq yerə düşən elektrik naqilinə toxunan iribuynuzlu heyvan cərəyan vurması nəticəsində tələf olub.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Privolnoye kəndində qeydə alınıb.
Kənd sakini Bariz Məhərrəmov bildirib ki, heyvanlarını örüş sahəsinə apararkən küçədə qırılaraq yerə düşmüş elektrik naqilinə toxunan iribuynuzlu heyvan yerindəcə ölüb.
Onun sözlərinə görə, tələf olan heyvanın bazar dəyəri təxminən 4 min manatdır.
Hadisənin səbəbləri araşdırılır.
Son xəbərlər
Daha çox