• $
  • €
  • ₽
  • ₺
  • £

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində 1000-ə yaxın şəxs iştirak edəcək

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində 1000-ə yaxın şəxs iştirak edəcək
06.08.2026 16:01

Dövlət İmtahan Mərkəzi 9 avqust 2026-cı il tarixində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsini keçirəcək.

Bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahan Bakıda DİM-in elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) və Naxçıvan şəhəri 4 saylı orta məktəbdə elektron formada təşkil olunacaq.

İmtahan iki növbədə keçirilir. Birinci növbə imtahan saat 10:00-da, ikinci növbə isə saat 15:00-da başlanır. İmtahan müddəti 2 saat 30 dəqiqədir. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də və 14:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Məlumat üçün bildiririk ki, imtahanın II mərhələsində iştirak etmək üçün 996 namizəd qeydiyyatdan keçib. Onlardan 360 nəfəri oğlan, 636 nəfəri qızdır. 831 namizəd Azərbaycan bölməsinin, 165 namizəd rus bölməsinin, 426 namizəd cari ilin, 570 namizəd isə əvvəlki illərin məzunudur. 3 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 957, Naxçıvan şəhərində isə 39 namizədin imtahan verəcəyi gözlənilir.

Qeyd edilib ki, bu mərhələdə iştirak edəcək 996 nəfərdən 314 nəfəri ötən illərdəki imtahan nəticəsinə görə, 682 nəfər isə builki imtahanlarda məqbul qiymət aldığı üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 23:45
Bakıda iki ərazidə yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Cəmiyyət 23:30
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Ucarda maşınlar toqquşub ,xəsarət alan var
Cəmiyyət 23:11
Ucarda maşınlar toqquşub ,xəsarət alan var
Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qalıb,saxlanılanlar var
Cəmiyyət 22:14
Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qalıb,saxlanılanlar var
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:08
Sabah bu ərazilərdə qaz olmayacaq
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 21:14
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Cəmiyyət 19:50
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Cəmiyyət 19:46
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Cəmiyyət 18:49
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol