• $
  • €
  • ₽
  • ₺
  • £

Moody's: Azərbaycanda bank islahatları sistem risklərini azaldır və bankların dayanıqlığını artırır

Moody's: Azərbaycanda bank islahatları sistem risklərini azaldır və bankların dayanıqlığını artırır
07.08.2026 18:19

Azərbaycanda bank sektorunda həyata keçirilən prudensial islahatlar sistem risklərinin azalmasına, aktivlərin keyfiyyətinin yaxşılaşmasına və bankların mümkün zərərləri udmaq qabiliyyətinin artmasına töhfə verir. Bunu Beynəlxalq reytinq agentliyi Moody's Ratings bildirib.



Agentliyin qiymətləndirməsinə görə, Azərbaycan prudensial tənzimləməni gücləndirir və beynəlxalq standartların tətbiqini sürətləndirir.

Ölkədə Bazel III çərçivəsində yeni kapital buferləri artıq tətbiq edilib və bank sisteminin 2027-ci il yanvarın 1-dən etibarən Bazel III standartlarına tam uyğunlaşacağı gözlənilir.

Moody's qeyd edir ki, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində, o cümlədən Azərbaycanda bank nəzarətinin beynəlxalq standartlara uyğunlaşdırılması kredit portfellərinin keyfiyyətini yaxşılaşdırır, bankların zərərləri qarşılamaq imkanlarını artırır və sistem risklərini tədricən azaldır.
Agentliyin məlumatına görə, Azərbaycan Mərkəzi Bankının risk əsaslı nəzarət mexanizmlərini tətbiq etməsi və kapital buferlərinə dair tələbləri sərtləşdirməsi bank sektorunun ödəmə qabiliyyətini gücləndirib.


Moody's hesablamalarına əsasən, problemli kreditlərin (Stage 3 və POCI) ümumi kredit portfelində payı 2019-cu ildəki təxminən 14–15%-dən 2025-ci ilin sonuna 3–4%-ə enib.

Problemli kreditlərin maddi kapital və ehtiyatlara (TCE + LLR) nisbəti isə eyni dövrdə 40%-dən yuxarı səviyyədən 10%-dən aşağı düşüb.
Agentlik əlavə edib ki, Azərbaycan bank sistemi mümkün şoklara qarşı kifayət qədər likvidlik səviyyəsini qoruyur.


Bununla yanaşı, Moody's vurğulayıb ki, Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramının (FSAP) nəticələri tənzimləyici mühitdə əlavə islahatlara ehtiyac olduğunu göstərir. Agentlik tənzimləyicinin müstəqilliyinin gücləndirilməsi, konsolidə edilmiş nəzarətin inkişafı və böhranların idarə olunması mexanizmlərinin təkmilləşdirilməsini əsas istiqamətlər kimi göstərib.

Moody's həmçinin dövlətin iqtisadiyyatda yüksək payının korporativ idarəetməyə xüsusi diqqət tələb etdiyini qeyd edib.


Agentliyin proqnozuna görə, davam edən institusional islahatlar sayəsində Azərbaycan bank sektoru kapitallaşma, korporativ idarəetmə və risklərin idarə olunması baxımından Qazaxıstan, Ermənistan və Gürcüstan kimi regional analoqlara daha da yaxınlaşacaq və bu, bankların müstəqil kredit qabiliyyətini dəstəkləyəcək.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Gəncədə qəza olub, üç nəfər xəsarət alıb
Cəmiyyət 17:45
Gəncədə qəza olub, üç nəfər xəsarət alıb
Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb
Cəmiyyət 17:29
Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol