Daha bir Türkiyə gəmisinə hücum edildi
Novorossiysk yaxınlığında Türkiyə bayrağı altında üzən toplu yük gəmisinə hücum edilib.
Sözügedən gəmi "MV Gulluk"dur. Hücum zamanı heyət üzvləri xəsarət almayıb.
Hadisədən sonra "MV Gulluk" İstanbula yola düşüb. Gəmi zərərin qiymətləndirilməsi və təmir üçün gəmiqayırma zavoduna göndəriləcək.
Gəmi hərəkəti sistemi tənzimləyicisi "Gemi Trafik"in sözlərinə görə, Türkiyə gəmisinə edilən hücumun arxasında Ukrayna tərəfi dayanır