• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət qurumları 7 ayda 28 yeni domen və 249 subdomen alıb

Dövlət qurumları 7 ayda 28 yeni domen və 249 subdomen alıb
10.08.2026 11:03

Bu ilin yanvar-iyulda Azərbaycanda dövlət qurumlarının istifadəsinə 28 yeni domen verilib,  bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,7% azdır. Bu barədə  Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib. 

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 249 yeni subdomen də verilib. Bu isə illik müqayisədə 59% artım deməkdir.

Təkcə iyulda dövlət qurumları 5 yeni domen və 38 subdomen əldə edib. Bu göstəricilər 2025-ci ilin iyul ayı ilə müqayisədə müvafiq olaraq 67% və 41% çoxdur.

Domen internetdə veb-saytın ünvanını, subdomen isə əsas domen daxilində yaradılan ayrıca internet ünvanını ifadə edir. Dövlət qurumları elektron xidmətlərin, informasiya resurslarının və müxtəlif rəqəmsal platformaların fəaliyyəti üçün domen və subdomenlərdən istifadə edir.

2025-ci il ərzində Azərbaycanda dövlət qurumlarının istifadəsinə ümumilikdə 65 yeni domen və 285 yeni subdomen verilib.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 23:45
Bakıda iki ərazidə yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Cəmiyyət 23:30
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Ucarda maşınlar toqquşub ,xəsarət alan var
Cəmiyyət 23:11
Ucarda maşınlar toqquşub ,xəsarət alan var
Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qalıb,saxlanılanlar var
Cəmiyyət 22:14
Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qalıb,saxlanılanlar var
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:08
Sabah bu ərazilərdə qaz olmayacaq
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 21:14
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Cəmiyyət 19:50
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Cəmiyyət 19:46
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Cəmiyyət 18:49
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol