Bakının Binə və Nardaran qəsəbələrində qaz olmayacaq
Bu gün Bakının Binə və Nardaran qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binə qəsəbəsinin Ə. İsazadə küçəsinin, Nardaran qəsəbəsinin Abşeron, Ə. Tağıyev, M. İbrahimov küçələrinin qaz təchizatında qısamüddətli fasilə olacaq.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox