• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 8,8 milyard manata yaxınlaşıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 8,8 milyard manata yaxınlaşıb
12.08.2026 15:19

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda 8 milyard 797,2 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib, bu da  ötən ilin eyni dövrü ilə müqayisədə 2,8% çoxdur.Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. 

Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2,4%, bitkiçilik məhsullarının istehsalı isə 3,2% artıb. Ümumi kənd təsərrüfatı məhsulunun 50,6%-i bitkiçiliyin, 49,4%-i isə heyvandarlığın payına düşüb.

Yanvar-iyunda kənd təsərrüfatı məhsullarının istehsalında illik artım 2,2% olduğu halda, iyulun sonunda göstərici 2,8%-ə yüksəlib. Artım əsasən bitkiçilik məhsullarının istehsalındakı dinamika hesabına sürətlənib. Belə ki, bitkiçilikdə artım tempi 1,8%-dən 3,2%-ə yüksəlib, heyvandarlıqda isə 2,5%-dən 2,4%-ə geriləyib.

Hesabat dövründə Azərbaycanda diri çəkidə 348,2 min ton ət, 1 milyon 317,3 min ton süd, 1 milyard 426,3 milyon ədəd yumurta, 13,5 min ton yun və 155,8 ton barama istehsal olunub.

Ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 3,8%, süd 0,1%, yumurta 0,7% artıb. Eyni zamanda yun istehsalı 1,9%, barama istehsalı isə 16,5% azalıb.

İyulda kənd təsərrüfatında artım tempinin yüksəlməsi əsasən mövsümi xarakter daşıyan bitkiçilik məhsullarının istehsalının artması ilə bağlıdır. Yanvar-iyul dövründə ümumi kənd təsərrüfatı istehsalında bitkiçiliyin payının 50%-dən çox olması da bu sahənin ümumi göstəriciyə təsirini artırıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 23:45
Bakıda iki ərazidə yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Cəmiyyət 23:30
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Ucarda maşınlar toqquşub ,xəsarət alan var
Cəmiyyət 23:11
Ucarda maşınlar toqquşub ,xəsarət alan var
Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qalıb,saxlanılanlar var
Cəmiyyət 22:14
Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qalıb,saxlanılanlar var
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:08
Sabah bu ərazilərdə qaz olmayacaq
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 21:14
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Cəmiyyət 19:50
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Cəmiyyət 19:46
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Cəmiyyət 18:49
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol