• $
  • €
  • ₽
  • ₺
  • £

11 aydan sonra hər iki xətt müstəqil fəaliyyət göstərəcək - baş mühəndis

11 aydan sonra hər iki xətt müstəqil fəaliyyət göstərəcək - baş mühəndis
13.08.2026 11:18

Bakı Metropoliteni Qırmızı və Yaşıl xətlərin bir-birindən ayrılması üzrə işləri təxminən 11 ay ərzində başa çatdırmağı planlaşdırır, bundan sonra hər iki xətt müstəqil rejimdə fəaliyyət göstərəcək.

Bunu “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Namiq Yusubov “Dərnəgül” elektrik deposunda ikinci mərhələ üzrə işlərin tamamlanması və ilk qatarın qəbulu ilə bağlı keçirilən mediaturda jurnalistlərə bildirib.

“Xətlərin ayrılması işlərinin tam yekunlaşdırılması təxminən 11 aya planlaşdırılıb. Birləşdirici tunelin inşasından sonra Yaşıl və Qırmızı xətlər müstəqil şəkildə fəaliyyətini davam etdirəcək”, - Yusubov deyib.

Onun sözlərinə görə, xətlərin ayrılması üçün əsas şərtlərdən biri hər bir xəttin ayrıca deposunun olmasıdır. Bu məqsədlə “Dərnəgül” elektrik deposunun tikintisinə başlanılıb və layihədə nəzərdə tutulan ümumilikdə 25 vaqondan 12-si artıq istismara verilib.

Burada Yaşıl xətt üzrə işləyəcək qatarların gündəlik istismarı və texniki baxışı həyata keçiriləcək.

Yusubov bildirib ki, “Dərnəgül” deposuna təxminən 2 kilometr uzunluğunda dəmir yolu çəkilib, mühəndis-texniki qurğuların tikintisinə başlanılıb və təmir-baxış sahələrində işçilər üçün zəruri şərait yaradılıb. Deponun ikinci mərhələdə qismən istismara verilməsi ilə əlaqədar burada işləyəcək heyət də formalaşdırılıb.

Xətlərin ayrılmasından sonra Qırmızı xətt üzrə qatarların “Həzi Aslanov–İçərişəhər”, Yaşıl xətt üzrə isə “Dərnəgül-Nizami” istiqamətində hərəkəti təşkil ediləcək. Metropoliten xətlərin müstəqil fəaliyyətinin qatar hərəkətinin çevikliyini və dayanıqlığını artıracağını, həmçinin intervalların optimallaşdırılmasına imkan verəcəyini gözləyir.

Yusubov bildirib ki, tikinti və xətlərin ayrılması prosesi zamanı hərəkətin təşkilində müəyyən müvəqqəti çətinliklər yarana bilər və metropoliten bu dövrdə sərnişinlərdən anlayış gözləyir.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 23:45
Bakıda iki ərazidə yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Cəmiyyət 23:30
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Ucarda maşınlar toqquşub ,xəsarət alan var
Cəmiyyət 23:11
Ucarda maşınlar toqquşub ,xəsarət alan var
Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qalıb,saxlanılanlar var
Cəmiyyət 22:14
Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qalıb,saxlanılanlar var
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:08
Sabah bu ərazilərdə qaz olmayacaq
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 21:14
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Cəmiyyət 19:50
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Cəmiyyət 19:46
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Cəmiyyət 18:49
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol