• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in “Oflayn Qadınlar” layihəsi beynəlxalq Stevie® mükafatına layiq görülüb

Azercell-in “Oflayn Qadınlar” layihəsi beynəlxalq Stevie® mükafatına layiq görülüb
14.08.2026 12:37

Qadınların çətin həyat şəraitində zəruri məlumat və dəstək resurslarına çıxışını təmin edən sosial təşəbbüs Avropanın ən yaxşı KSM proqramları sırasında yer alıb

Azercell-in çətin həyat şəraitində olan qadınlara dəstək məqsədilə həyata keçirdiyi “Oflayn Qadınlar” sosial təşəbbüsü beynəlxalq səviyyədə növbəti uğura imza atıb. Layihə 23-cü “International Business Awards®” müsabiqəsində Avropa üzrə “İlin Korporativ Sosial Məsuliyyət Proqramı” (“Corporate Social Responsibility Program of the Year in Europe”) kateqoriyasında Gümüş Stevie® mükafatına layiq görülüb.

“Oflayn Qadınlar” zorakılığa məruz qalan və ya zorakılıq riski ilə üzləşən qadınların hüquqları, yardım mexanizmləri və mövcud dəstək xidmətləri haqqında zəruri məlumatlara maneəsiz çıxışını təmin edən rəqəmsal platformadır. Texnologiyanın imkanlarını konkret sosial problemin həllinə yönəldən layihə xüsusilə həssas vəziyyətdə olan və təcili dəstəyə ehtiyac duyan qadınlar üçün kritik məlumatları əlçatan edir.

Layihənin əsas fərqləndirici xüsusiyyəti saytdan mobil balansdan asılı olmayaraq yaranlanmağın mümkün olmasıdır. Belə ki, Azercell abunəçiləri aktiv internet paketi və ya balansları olmadığı halda belə oflaynqadinlar.az platformasına daxil olaraq ehtiyac duyduqları məlumat və dəstək resurslarından yararlana bilirlər.

Dünyanın aparıcı biznes mükafatları proqramlarından biri olan “International Business Awards®”ın 2026-cı il müsabiqəsinə 82 ölkədən 3400-dən artıq müraciət təqdim olunub. Müxtəlif sahələri təmsil edən təşkilatlar beynəlxalq biznes ictimaiyyətinin 300-dən çox müstəqil eksperti tərəfindən qiymətləndirilib. Belə yüksək rəqabət şəraitində “Oflayn Qadınlar” layihəsinin Avropa üzrə Gümüş Stevie® mükafatına layiq görülməsi Azercell-in sosial innovasiya sahəsində həyata keçirdiyi təşəbbüsün beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

Azercell korporativ sosial məsuliyyət fəaliyyətini uzunmüddətli sosial dəyərin yaradılması, rəqəmsal imkanlara çıxışın genişləndirilməsi və həssas qrupların dəstəklənməsi istiqamətində davam etdirir.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 23:45
Bakıda iki ərazidə yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Cəmiyyət 23:30
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Ucarda maşınlar toqquşub ,xəsarət alan var
Cəmiyyət 23:11
Ucarda maşınlar toqquşub ,xəsarət alan var
Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qalıb,saxlanılanlar var
Cəmiyyət 22:14
Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qalıb,saxlanılanlar var
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:08
Sabah bu ərazilərdə qaz olmayacaq
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 21:14
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Cəmiyyət 19:50
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Cəmiyyət 19:46
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Cəmiyyət 18:49
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol