• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik attestatın surətinə apostil verilməsinə münasibət bildirib

Nazirlik attestatın surətinə apostil verilməsinə münasibət bildirib
14.08.2026 15:56

“myGov” platforması üzərindən əldə edilən elektron attestatın surəti notariat qaydasında təsdiqləndikdən sonra apostil verilməsi üçün Ədliyyə Nazirliyinə təqdim oluna bilər.
Bu barədə Ədliyyə Nazirliyi Anews.az-ın sorğusuna cavab olaraq bildirib.


Nazirlik qeyd edib ki, “Notariat haqqında” Qanunun 64-cü maddəsinə əsasən, notariuslar elektron informasiya sistemləri və ya internet informasiya ehtiyatları vasitəsilə əldə edilmiş məlumat və sənədlərin surətlərinin düzgünlüyünü təsdiq edə bilirlər.


“Vətəndaşın müraciətinə əsasən notarius tərəfindən ‘myGov’ platforması üzərindən əldə edilmiş attestatın surətinin düzgünlüyü təsdiq olunur və apostil verilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunur”, - nazirlik bildirib.

Qurum vurğulayıb ki, onun səlahiyyətlərinə aid edilmiş elektron sənədlərin surət və tərcümələrinə apostilin verilməsi ilə bağlı hər hansı məhdudiyyət yoxdur.

1961-ci il Haaqa Konvensiyasının Azərbaycanda icrasına dair Prezidentin 10 dekabr 2004-cü il tarixli sərəncamına əsasən, məhkəmələr, prokurorluq və ədliyyə orqanlarının verdiyi, Azərbaycanda notariat qaydasında təsdiq olunan, eləcə də vətəndaşlıq vəziyyətinin dövlət qeydiyyatına dair sənədlər üzrə apostil vermək səlahiyyəti Ədliyyə Nazirliyinə məxsusdur. Digər sənədlər üzrə səlahiyyətli qurum Xarici İşlər Nazirliyidir. Apostil sənədin həm əslinə, həm də Azərbaycanda notariat qaydasında təsdiq edilmiş surətinə və ya tərcüməsinə verilə bilər.


Elektron attestatlarla bağlı narazılıq yaranıb.


Məsələ 2026-cı il məzunlarına attestatların elektron formada təqdim edilməsindən sonra gündəmə gəlib. Xaricdə təhsil üçün sənəd hazırlayan bəzi valideynlər elektron attestatların apostillənməsi zamanı çətinliklə üzləşdiklərini bildiriblər.


Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) daha əvvəl açıqlamasında bildirib ki, 11 avqust 2026-cı ildən etibarən cari ilin məzunları ümumi orta və tam orta təhsil haqqında elektron attestatlarını “myGov” platforması üzərindən əldə edə bilərlər.


Agentliyin məlumatına görə, elektron attestatlar məktəb rəhbəri tərəfindən elektron imza ilə təsdiqləndiyindən kağız attestatlarla eyni hüquqi qüvvəyə malikdir. Sənədləri elektron formada təqdim etmək, çap etmək və üzərindəki QR kod vasitəsilə həqiqiliyini yoxlamaq mümkündür.

Eektron attestatların xaricdə istifadə üçün apostillənməsi proseduru ilə bağlı yaranmış suallar fonunda Anews.az aidiyyəti dövlət qurumlarına sorğular göndərib. Ədliyyə Nazirliyi məsələyə münasibət bildirib. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) apostillə bağlı məsələyə münasibət bildirilməsinin onun səlahiyyətlərinə aid olmadığını açıqlayıb. Xarici İşlər Nazirliyi və MÜTDA isə göndərilən sorğuya hələ cavab verməyib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 23:45
Bakıda iki ərazidə yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Cəmiyyət 23:30
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Ucarda maşınlar toqquşub ,xəsarət alan var
Cəmiyyət 23:11
Ucarda maşınlar toqquşub ,xəsarət alan var
Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qalıb,saxlanılanlar var
Cəmiyyət 22:14
Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qalıb,saxlanılanlar var
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:08
Sabah bu ərazilərdə qaz olmayacaq
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 21:14
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Cəmiyyət 19:50
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Cəmiyyət 19:46
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Cəmiyyət 18:49
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol