Əncir yığmaq üçün ağaca dırmaşan kişi yıxılaraq ölüb
Astara rayonunda 60 yaşlı kişi həyətindəki əncir ağacından yıxılaraq ölüb.
Hadisə Siyaku kəndində baş verib. 1966-cı il təvəllüdlü Fazil Söhbət oğlu Fətəliyev əncir dərmək üçün həyətindəki ağaca çıxıb. O, ehtiyatsızlıq nəticəsində ağacdan yıxılıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma Astara Rayon Prokurorluğu tərəfindən aparılır.