• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 2026-cı il üzrə iqtisadi artım proqnozu 1,7%-ə endirilib

Azərbaycanda 2026-cı il üzrə iqtisadi artım proqnozu 1,7%-ə endirilib
18.08.2026 13:30

 

Azərbaycan hökuməti 2026-cı il üzrə iqtisadi artım və inflyasiya proqnozlarını yeniləyib. Yenilənmiş proqnoza əsasən, ÜDM-in real ifadədə 1,7% artaraq 138 milyard manata çatacağı, orta illik inflyasiyanın isə 5,7% təşkil edəcəyi gözlənilir. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı proqnozlarda qeyd olunub. 

Yeni proqnoza əsasən, qeyri-neft ÜDM-i real ifadədə 3,1% artaraq 100 milyard manata yüksələcək. Bununla yanaşı, qeyri-neft-qaz sektorunda iqtisadi artım proqnozu əvvəlki 5%-dən 3,1%-ə endirilib.

Nazirlik bunu əsasən tikinti və turizm sektorlarında gözlənilən artım templərinin əvvəlki proqnozlarla müqayisədə daha aşağı olması ilə əlaqələndirib.

İnflyasiya üzrə proqnoz isə əksinə, yüksəldilib. Belə ki, 2026-cı il üçün orta illik inflyasiya gözləntisi 4,8%-dən 5,7%-ə qaldırılıb. Buna faktiki inflyasiya göstəriciləri, dünya əmtəə və ərzaq qiymətlərindəki dəyişikliklər, onların idxal qiymətlərinə təsiri və tənzimlənən mal və xidmət tariflərindəki dəyişikliklər təsir edib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bank Respublika 2026-cı ilinüçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
İqtisadiyyat 15:19
Bank Respublika 2026-cı ilinüçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
Birbank Invest vasitəsilə “EmbaFinans ”BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 14:45
Birbank Invest vasitəsilə “EmbaFinans ”BOKT istiqrazlarına investisiya etmək imkanı
Qırğızıstan İssık-Kulun qorunması üçün BMT fondu yaratmağı təklif edib
İqtisadiyyat 13:44
Qırğızıstan İssık-Kulun qorunması üçün BMT fondu yaratmağı təklif edib
AMB lombardların fəaliyyətini tənzimləyən qanun layihəsi hazırlayıb
İqtisadiyyat 12:45
AMB lombardların fəaliyyətini tənzimləyən qanun layihəsi hazırlayıb
AMB: Kredit məhdudiyyətlərinin qeyri-rəsmi borclanmanı artırdığını təsdiqləyən statistika yoxdur
İqtisadiyyat 12:31
AMB: Kredit məhdudiyyətlərinin qeyri-rəsmi borclanmanı artırdığını təsdiqləyən statistika yoxdur

Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb
İqtisadiyyat 12:09
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb
AMB: Bank sektorunda likvidliyin örtülmə əmsalı 160%-ə yüksəlib
İqtisadiyyat 12:00
AMB: Bank sektorunda likvidliyin örtülmə əmsalı 160%-ə yüksəlib
Azərbaycanda kreditlər üzrə işsizlikdən sığortanın məcburi tətbiqi planlaşdırılır
İqtisadiyyat 11:44
Azərbaycanda kreditlər üzrə işsizlikdən sığortanın məcburi tətbiqi planlaşdırılır
AMB: Azərbaycanda ipoteka kreditlərinin əlçatanlıq indeksi 121%-ə çatıb
İqtisadiyyat 11:33
AMB: Azərbaycanda ipoteka kreditlərinin əlçatanlıq indeksi 121%-ə çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol